YAP-ın könüllüləri Nizami rayonunda ərzaq yardımı paylayıblar
Bakı, 14 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının könüllüləri bu gündən Nizami rayonunda yeni yardım kampaniyasına start veriblər.
AZƏRTAC xəbər verir ki, onlar bu gündən başlayaraq, həftənin sonunadək rayon ərazisində yaşayan 100 tənha, ahıl, əlil, aztəminatlı ailələrə ehtiyac duyulan ərzaq məhsullarını ünvanlarına çatdıracaqlar.
Qeyd edək ki, YAP Nizami rayon təşkilatının fəalları və könüllüləri mart ayının 20-dən başlayaraq rayon ərazisində yaşayan əhalinin həssas təbəqəsinə aid olan ailələrə müntəzəm olaraq hər cür yardım və dəstək göstərirlər.
Əlavə edək ki, bu günə qədər online rejimdə rayonun 100-dək sakininə “e-sosial.az” saytında qeydiyyatdan keçməyə köməklik edilib, 500-dək ailəyə isə yardım edilib.