Azərbaycan Dövlət İnformasiya Agentliyi

YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib

Bakı, 23 fevral, AZƏRTAC 

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib.

Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın dövlət himni səsləndirildikdən sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva konfransın gündəliyi haqqında məlumat verib. Bildirib ki, hazırda YAP Nizami rayon təşkilatının 11253 nəfər üzvü var. Onlardan 5511 nəfərini gənclər, 5293 nəfərini isə qadınlar təşkil edir. Rayon təşkilatının 149 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir.

Qeyd olunub ki, 1993-cü ildə yaradılmış Nizami rayon təşkilatı mühüm inkişaf yolu keçib, üzvlərinin və ərazi təşkilatlarının sayı əhəmiyyətli dərəcədə artıb. Nizami rayonunda əhalinin YAP-a axını, ilk ərazi partiya təşkilatlarının yaradılması ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa və onun layiqli davamçısı Prezident İlham Əliyevə inamdan irəli gəlir.

YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin III konfransdan ötən müddət ərzində görülmüş işlərə dair hesabatı təqdim edən birliyin sədri, YAP Gənclər Birliyi ofisinin rəhbəri Əli Pənahov qeyd edib ki, III konfransda birliyin üzvlərinin sayı 4256 nəfər idisə, hazırda bu rəqəm 5511-dir. Gənclər Birliyinin üzvlərinin 2357 nəfərini qadınlar təşkil edir. Gənc üzvlərin 3061 nəfəri ali, 1470 nəfəri orta ixtisas, 980 nəfəri orta təhsillidir, 3 nəfəri isə fəlsəfə doktorudur. Gənclərin 2042 nəfəri təhsil, 1573 nəfəri səhiyyə, 324 nəfəri idarəetmə sahəsində, qalan üzvlər isə digər idarə və müəssisələrdə çalışır. Onların 378 nəfəri tələbədir. Üzv gənclərin 3-ü Avropa çempionu, 2-si dünya çempionu, 1-i paralimpiya medalçısı, 28-i respublika çempionu, 6-sı idman ustası, 2-si Prezident mükafatçısıdır. On iki gənc ötən il keçirilən bələdiyyə seçkilərində seçicilərin etimadını qazanaraq bələdiyyə üzvü seçilib. Hesabat dövründə YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sıralarına 1255 nəfər qəbul olunub.

Qeyd edilib ki, YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə gənclərin maarifləndirilməsi, yaradıcı və intellektual bacarıqlarının artırılması, sağlam yetişməsi, dövlətçilik ideyalarına sadiqlik və hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, bütövlükdə rayonun və respublikanın ictimai-siyasi və sosial-mədəni həyatı ilə bağlı müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirib.

Sonra hesabat ətrafında çıxışlar olub.

YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin üzvləri Elşən Mirzəyev, Asif Əliyev, Ayan Yusifova və başqaları III konfransdan ötən müddət ərzində görülmüş işlərə dair hesabatı qənaətbəxş hesab ediblər və gənclərin fəaliyyətini yüksək qiymətləndiriblər.

Sonra təşkilati işlərə baxılıb. YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin Şura üzvləri, İdarə Heyəti və YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçilib.

Konfrans iştirakçılarının yekdil səsverməsinə əsasən Sevinc Abdullayeva YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri, Ramil Vəlibəyov sədrin birinci müavini, Xəyal Əhmədov və Həbib Nəsirov isə müavinləri seçiliblər.

Təşkilati məsələlərdən sonra çıxış edən YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Sevinc Abdullayeva göstərilən etimada görə partiya rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, YAP Nizami rayon təşkilatı Gənclər Birliyi bundan sonra da rayonun və respublikanın ictimai-siyasi, sosial-mədəni həyatında fəal olacaq, veriləcək tapşırıqları vaxtında və səmərəli şəkildə yerinə yetirəcək.

Milli Məclis sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov deyib ki, gənclərimiz ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirirlər. Bütün bunlar gəncliyimiz üçün dövlət tərəfindən yaradılmış əlverişli imkanlar, verilmiş mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında ərsəyə gəlib. Müasir Azərbaycan gəncləri unutmurlar ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq bugünkü uğurlara əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kurs nəticəsində nail olublar.

YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov hazırda partiyanın sıralarında 650 minə yaxın üzvün olduğunu bildirib və qeyd edib ki, onların arasında gənclər xüsusilə fərqlənirlər. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir və partiyanın fəaliyyəti xalqımızın ali mənafeyinin ifadəsi kimi çıxış edir. Bu gün Prezident İlham Əliyevin sədri olduğu YAP-ın nüfuzu getdikcə artmaqdadır. Partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsi onun tərəfdarlarının sayının artmasına səbəb olub. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib.

YAP Siyasi Şurasının üzvü, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov deyib ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verirlər.

T.Budaqov bildirib ki, Azərbaycan dövləti gənclərə üstünlük verməklə bərabər öz siyasətini gənclərin bilavasitə iştirakı ilə formalaşdırıb həyata keçirir. Bu, onu göstərir ki, Azərbaycan dövləti gənc nəslə həm etibar edir, onun qayğıları ilə məşğul olur, həm də gənclərin ideyalarını, təkliflərini bilavasitə özlərindən alaraq həyata keçirir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyasının qəbul edilməsi məhz bu siyasətin bariz nümunəsidir.

Digər çıxış edənlər də Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Onlar YAP-ın gənclərin fəaliyyəti və inkişafı üçün hərtərəfli şərait yaratdığını bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gənc ifaçı: Belə mötəbər festivalda iştirak etdiyimə görə qürur duyuram

Misli Premyer Liqasında XIX tura start verilir

Azərbaycanın qadın güləşçisi reytinq turnirində bürünc medal qazanıb

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarın sağlam qida brendi ilə tanış olublar

Sulutəpə dairəsi istiqamətində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb

Gəncə Dövlət Milli Dram Teatrında “İsi və Piti” animasiya serialının premyerası olub

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Gəncənin Şah Abbas məscidini ziyarət

Dünya birjalarında neft bahalaşıb

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində olublar

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublar

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksini və Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər

Tailandda parlament seçkiləri keçirilir

Milanda polislə etirazçılar arasında toqquşmalar baş verib

Yaponiyada parlament seçkiləri keçirilir

Aralıq dənizində 5 maqnitudalı zəlzələ baş verib

Mbappe PSJ-dən 6 milyon avro tələb edir

Azərbaycan karateçiləri Kiprdə keçirilən Avropa birinciliyində 4 bürünc medal qazanıblar

Paris bələdiyyə seçkiləri: Lökornü Datidən gələn həftənin sonunadək hökumətdən getməsini istəyib

İspaniya səkkizinci dəfə qitə çempionu olub

"Mançester Yunayted"dən ardıcıl 4-cü qələbə, "Qarabağ"ın rəqibi evdə uduzub

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayıb

İsmayıllıda istirahət mərkəzində baş verən yanğın söndürülüb-YENİLƏNİB

Elektron siqaretin görünməyən təhlükələri VİDEO

Elektron siqaretin görünməyən təhlükələri VİDEO

Azərbaycan pəhləvanı Türkiyədə qar üzərində güləş turnirinin qalibi olub

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir

Azərbaycan cüdoçusu “Böyük Dəbilqə” turnirinin qalibi olub

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib

Güləş üzrə U-20 Azərbaycan çempionatı başa çatıb

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb

Bolqarıstan Sosialist Partiyasının sədri istefa verib

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb

Bədii rəhbər: 90 illik yubileyini qeyd edən Xor kollektivi səhnəyə kino musiqisi ilə çıxacaq

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB VİDEO

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - təlim

Media: ABŞ-ın Tayvana silah satışı Donald Trampın Çinə səfərini qeyri-müəyyən edir

Azərbaycan sumo güləşçisi ilk dəfə Yaponiyada Hakuho kubokunda yarışıb VİDEO

Azərbaycan sumo güləşçisi ilk dəfə Yaponiyada Hakuho kubokunda yarışıb VİDEO

Sudanda silahlıların hücumu nəticəsində 24 nəfər həlak olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib

Tərtər sakini narkotikə görə həbs olunub

Naxçıvanda Tumbul kəndinə qazın verilişi müvəqqəti dayandırılacaq

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

Şəmkirdə ötən il baş vermiş qətlin üstü açılıb

Səudiyyə Ərəbistanı Suriya ilə yeni investisiya müqavilələri imzalayacaq

İşsizlik müavinətinin azaldılması finlərin gəlirlərini aşağı salıb

Qazaxıstanın yeni Konstitusiyasının layihəsi vətəndaşların təklifləri əsasında tamamlanır

Gürcüstan Prezidenti: Ümidvaram ki, ABŞ-la münasibətlərimiz dinamik şəkildə davam edəcək

AAYDA-nın İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

At ətini mal əti adı altında satmaq istəyən şəxslər saxlanılıb VİDEO

At ətini mal əti adı altında satmaq istəyən şəxslər saxlanılıb VİDEO

Nəsimi rayonunda 3,5 kiloqramdan çox narkotik vasitə aşkarlanıb VİDEO

Nəsimi rayonunda 3,5 kiloqramdan çox narkotik vasitə aşkarlanıb VİDEO

Astarada torpaq sürüşməsi: Pensərçayda beton bəndlər çöküb

Sabahın hava proqnozu açıqlanıb

Şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Festival iştirakçısı: Bu təəssüratı yaşamaq insana çox böyük fərəh hissi verir VİDEO

Festival iştirakçısı: Bu təəssüratı yaşamaq insana çox böyük fərəh hissi verir VİDEO

Türkiyə Suriyanın enerji sektoruna investisiyalarda həlledici rol oynayacaq

Rusiya yenidən Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib

İsveçdə immiqrasiya qaydalarının geri tarixlə tətbiqi planlaşdırılır

Ötən ay gecikdirilmiş 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Müəssisələrdə texniki təhlükəsizliyin təmin edilməsinin vacibliyi təbliğ olunub

Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər edəcək

Salyan sakini itkin düşüb

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

“Qış nağılı” festivalının iştirakçısı: Belə gözəl ab-havada çıxış etmək çox xoşdur VİDEO

“Qış nağılı” festivalının iştirakçısı: Belə gözəl ab-havada çıxış etmək çox xoşdur VİDEO

FHN: Daha bir qanunsuz tikili sökülüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Mahir Tağızadə: Qəbələ festivalında musiqi, incəsənət və qışın sehri birlikdə yaşanır VİDEO

Mahir Tağızadə: Qəbələ festivalında musiqi, incəsənət və qışın sehri birlikdə yaşanır VİDEO

Albaniya Baş nazirinin müavini məhkəmə qərarı ilə vəzifədən uzaqlaşdırılıb

Yol polisi: Yollarda diqqətsizlik ağır nəticələrə yol aça bilər

ABŞ BMT-yə üzvlük haqqını ödəyəcək

Enerji böhranına görə Kubada ciddi qənaət həyata keçirilir

“Axios”: Ağ Ev Sülh Şurası liderlərinin görüşünü keçirməyi planlaşdırır

Yanvarda qlobal ərzaq qiymətləri dəyişib

Tramp: İranla çox yaxşı danışıqlar apardıq

Fransada müflis olan müəssisələrin sayı artıb

“Saudia Airlines” 150 təyyarə almağı planlaşdırır

Assosiasiya: 2026-cı ildə dünyada 1 milyard dollarlıq yarımkeçirici satılacaq

AEBA: Ukraynanın enerji şəbəkəsinə hücumların güclənməsi riskləri artırır

Qazaxıstanın yeni Konstitusiya layihəsi ilə bağlı əhalidən 4 mindən çox rəy daxil olub

İtaliyada XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib

Macarıstanın MOL neft-qaz şirkəti yeni obyekti istismara verməyə hazırlaşır

Mahir Məmmədov: Növbəti il ölkə çempionatının mükafat fondunun artırılması nəzərdə tutulub

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub VİDEO

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub VİDEO

Almaniyada sərvət vergisi büdcəyə 140 milyard avrodan çox gəlir gətirə bilər

Rauf Məmmədov: Ölkə çempionatı gənc şahmatçılar üçün yaxşı sınaq olacaq VİDEO

Rauf Məmmədov: Ölkə çempionatı gənc şahmatçılar üçün yaxşı sınaq olacaq VİDEO

“Xatirələr sahilində” sənədli filmi nümayiş olunub VİDEO

“Xatirələr sahilində” sənədli filmi nümayiş olunub VİDEO

Macarıstan videooyunların hazırlanmasına çoxmilyardlı investisiya elan edib

Musiqi ilə aşılan sərhədlər: Qəbələdə autizmli pianoçunun konserti olub VİDEO

Musiqi ilə aşılan sərhədlər: Qəbələdə autizmli pianoçunun konserti olub VİDEO

Auditor fəaliyyətində keyfiyyətin yüksəldilməsi ilə bağlı iclas keçirilib

Azərbaycan şahmatçısı: Ötənilki uğursuzluğu bu dəfə kompensasiya etmək istəyirəm

QMİ sədri Əbu-Dabidə bir sıra görüşlər keçirib

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Masallıda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib

Ukrayna Prezidenti: Bəzi bölgələrdə Hərbi Hava Qüvvələrinin işi qənaətbəxş deyil

Mühacirətdə - fikir və missiya: seçim, yoxsa zərurət