CƏMİYYƏT
YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib
![](/files/galleryphoto/2022/3/1200x630/1665664670473872517_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16656646703115113436_1200x630.jpg)
Bakı, 13 oktyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı “Rüstəm Rüstəmov küçəsi, 35” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.
Bu barədə AZƏRTAC-a YAP-ın Nizami rayon təşkilatından məlumat verilib.
Keçirilən təsis yığıncağında çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, 33 saylı Uşaq Musiqi Məktəbinin direktoru Nəzifə Əliyeva, partiya üzvlərindən Ağabəy Ağabəyov, Gülnarə Həsənova, Jalə Məmmədova və digərləri bildiriblər ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi olub.
Çıxışlarda vurğulanıb ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub.
Bildirilib ki, Yeni Azərbaycan Partiyası ölkənin siyasi həyatındakı fəaliyyəti ilə yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiya olduğunu sübut edib.
Əlavə edilib ki, bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda ölkəmiz YAP-ın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb və Dilbər Məmmədova yekdilliklə “Rüstəm Rüstəmov küçəsi, 35” ərazi partiya təşkilatının sədri, Fizza Gözəlova isə sədr müavini seçilib. Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə yığıncaq iştirakçılarına öz təşəkkürlərini çatdırıblar.
Sonda bir qrup şəxsin partiyaya üzv olmaq üçün etdikləri müraciətlərə baxılıb.