Yəhudilər terror aktında sağ qalmış müsəlmanlara 1 milyon dollar yardım ediblər
Bakı, 17 iyul, AZƏRTAC
Yeni Zelandiyanın Kraystçörç şəhərində dörd ay əvvəl iki məsciddə törədilmiş terror aktlarında 51 müsəlman həyatını itirmişdi. Dinlərarası həmrəylik nümayiş etdirən dünyadakı yəhudi icmaları bu vəhşi insidentin qurbanlarının ailələrinə və sağ qalanlara yardım üçün aksiya keçiriblər.
AZƏRTAC Avstraliyanın SBS telekanalının saytına istinadla xəbər verir ki, ABŞ, Kanada, Sidney və Yeni Zelandiyanın yəhudi icmaları aksiya çərçivəsində toplanan 1 milyon dolları Kraystçörç Şəhər Şurasına təhvil veriblər. Yəhudi icmalarının bəyanatında bildirilir ki, Pittsburq şəhərindəki sinaqoqa, Kvebek şəhərindəki məscidə, Çarlstoundakı kilsəyə və Kraystçörçdə məscidlərə edilən silahlı hücumlar bütün insanlığa qarşı törədilmiş ağır cinayət əməlləridir.
Yəhudi və müsəlman liderlər birlikdə Kraystçörç sinaqoqunda və terror aktı törədilmiş məscidlərdə olublar. Şəhər Şurasının nümayəndəsi Pol Devoll yəhudi icmalarının yardımını nəcib addım adlandırıb. Onun sözlərinə görə, müxtəlif dinlərin təmsilçiləri arasında bu cür həmrəylik nümunələri insanların bir-birinə yaxınlaşmasına kömək edir.
Yeni Zelandiya müsəlmanlarının rəhbəri Şeyx İbrar vurğulayıb ki, yəhudi icmalarının dəstəyi çox güclü mənəvi addımdır. O əlavə edib: “Yəhudi qardaş və bacılarımızın bu faciəni bizimlə birgə yaşaması, onların göstərdikləri dəstək müsəlmanlar üçün çox mühümdür”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]