YENİ AZƏRBAYCAN PARTİYASINDA NÖVBƏTİ MƏTBUAT KONFRANSI
Ümummilli lider Heydər Əliyev tərəfindən başlanmış aqrar islahatların Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini diqqətə çatdıran Q.Məmmədov dedi ki, MDB məkanında ilk dəfə yalnız Azərbaycanda torpaq şəxsi mülkiyyətə verilmiş və ciddi nəticələr qazanılmışdır. Torpaqların 56,9 faizi dövlət mülkiyyətində saxlanılmış, 23,5 faizi bələdiyylərə verilmiş, 19,6 faizi isə kəndlilərə paylanmışdır. İslahatların nəticəsi olaraq 870 min ailə və ya 3,5 milyon nəfər torpaq payı almışdır.
Azərbaycanda xəritələşdirmə prosesinin uğurla davam etdirildiyini bildirən komitə sədri bildirdi ki, bu sahədəki işlər mülkiyyət formasından asılı olmayaraq bütün torpaqları əhatə edir. Komitə xəritələrin köhnə metodlarla tərtibindən imtina etmişdir. İndi xəritələrdə bütün obyektlərin koordinatları dəqiqliyi ilə göstərilir. Eyni zamanda, bu xəritələr elektron variantda tətbiq edildiyindən sahələr üzrə lazım olan variantların əldə edilməsində heç bir problem yoxdur.
Azərbaycanın Rüsiya və Gürcüstanla dövlət sərhədinin dəqiqləşdirilməsi istiqamətində xeyli irəliləyişin olduğunu bildirən komitə sədrinin sözlərinə görə, tərəflər arasında mübahisəli məsələlərin həlli sürətləndirilmişdir.
Komitə sədri belə bir məqamı da xatırlatdı ki, Azərbaycanda əkin üçün yararlı olan torpaqlardan heç də həmişə səmərəli istifadə olunmur. Demək olar ki, bütün bölgələrə yararlı torpaqlarda fərdi evlər tikilir. Bu proses isə əkin sahələrini azaldır. Hazırda bu sahədəki mövcud problemlər araşdırılır.
Q.Məmmədov sonda jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Hörmüz boğazında tanker atəşə tutulub
- 12.10.2026 [23:56]
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
- 12.10.2026 [22:15]
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb
- 12.10.2026 [22:04]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [21:30]