Yeni nəşr: “Dəyər nəzəriyyəsinə fəlsəfi baxış”
Bakı, 19 sentyabr, AZƏRTAC
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Aytək Məmmədovanın “Dəyər nəzəriyyəsinə fəlsəfi baxış” kitabı çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Qeyd olunub ki, kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, rəyçisi fəlsəfə elmləri doktoru Dilarə Müslümzadədir.
“Dəyər nəzəriyyəsinə fəlsəfi baxış” kitabı Türkiyənin tanınmış mütəfəkkiri Hilmi Ziya Ülkənin irsini tədqiq və təbliğ etmiş qızı Gülseren xanımın əziz xatirəsinə ithaf olunub. Kitab “Elmdə dəyər problemi”, “Düşüncə tarixində varislik əlaqəsi və Şərqin elmi-mədəni dəyərləri”, “Dəyər nəzəriyyəsinə fəlsəfi-etik yanaşma”, “İnsan və əxlaqi dəyərlər haqqında”, “Hilmi Ziya Ülkənin yaradıcılığında dəyər nəzəriyyəsi” bölmələrindən ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
- 05.06.2026 [17:17]
100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]