MƏDƏNİYYƏT
YULİ QUSMAN YUBİLEYİNİ YENİ FİLM ÜZƏRİNDƏ İŞLƏ QARŞILAYIR
Y.Qusman Azərbaycan Dövlət Tibb İnstitutunu bitirsə də, həyatının əksər hissəsini incəsənətə həsr etmişdir. O, SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin ali ssenariçilər və rejissorlar kurslarını bitirmiş, bir sıra filmlər çəkmiş, Rusiya, Azərbaycan, ABŞ, Çin və Yaponiya teatrlarında göstərilmiş bir neçə müziklin quruluşçu rejissoru olmuşdur. Özünün yaratdığı Rusiya Milli Kinematoqrafiya Akademiyasına 16 ildir rəhbərlik edir. Ötən əsrin 90-ci illərinin ortalarında Rusiya Dövlət Dumasının deputatı olmuşdur. Yaradıcılarından biri olduğu məşhur teleşounun - Şən və Hazırcavablar Klubunun münsiflər heyətinin işində fəal iştirak edir.
AZƏRTAC-ın kollektivi məşhur həmvətənimizi yubileyi münasibətilə təbrik edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayır.