Yunanıstanda 10 yeni qaçqın düşərgəsi salınacaq

Afina, 15 yanvar, AZƏRTAC
Yunanıstan hökuməti Egey dənizində yerləşən adalardan ölkənin materik hissəsinə qaçqınların köçürülməsi tədbirlərini davam etdirir.
AZƏRTAC xəbər verir ki, yunan hökuməti ölkəyə axın edən qaçqınların yerləşdirilməsi üçün 10 yeni düşərgə inşa etmək fikrindədir. Düşərgələrin hər biri 15 min miqrant qəbul edə bilər. Yeni düşərgələr İliya, Arte, Amfiloxiya, Laris, Ftiotide və Kritdə açılacaq.
Ümumiyyətlə, indiyədək 104 min miqrant sığınacaq üçün Yunanıstan hökumətinə müraciət edib. Onlardan 62 mini adalarda, 42 mini isə ölkənin materik hissəsində yerləşdirilib. Yerli əhalinin etirazlarına baxmayaraq, hökumət qapalı miqrant düşərgələrinin inşasını davam etdirir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina