Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Zəngi qəzeti”nin qadın müxbirləri - Araşdırma

“Zəngi qəzeti”nin qadın müxbirləri - Araşdırma

Bakı, 20 iyun, AZƏRTAC

Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən 1924-cü il noyabrın ortalarında Azərbaycan dilində “Zəngi” adlı qəzetin nəşr olunmasına icazə verilir. Qəzetin ideyası və məqsədi yalnız türk kəndlərini xəbərdar etmək və qəzalarda olan türklərin yaşamasına yardım göstərmək idi. İrəvanda mədəni inqilabın “eninə və dərini”nə inkişaf etməsində böyük, danılmaz xidmətləri olan İrəvan Türk Qadınlar Klubunun fəaliyyətini “Zəngi” qəzeti daim öz səhifələrində işıqlandırırdı. Bu klub bütün Qərbi Azərbaycanda azərbaycanlı qadınlar arasında geniş təbliğat, səmərəli maarifçilik işi aparırdı. Klubun ətrafında toplaşmış tərəqqipərvər və fəal ziyalı qadınlar bu mədəni-maarif ocağının imkanlarından maksimum dərəcədə istifadə etməyə çalışırdılar. Onlar aydın dərk edirdilər ki, azərbaycanlı qadınlar arasında geniş miqyasda təbliğat, təşviqat, səmərəli iş aparmaq üçün mətbuat müstəsna əhəmiyyətə malikdir və bu tribunadan bacarıqla istifadə etmək lazımdır. Bu məqsədlə Qadınlar Klubunda müxbirlər dərnəyi yaradılmışdı. Dövrün ziyalı qadınları həmin müxbirlər dərnəyinin fəal üzvləri idilər.

AZƏRTAC xəbər verir ki, bu barədə filologiya üzrə fəlsəfə elmləri doktoru, Qərbi Azərbaycan İcmasının üzvü Cəlal Allahverdiyevin “Zəngi qəzeti”nin qadın müxbirləri” adlı məqaləsində bildirilib.

Məqaləni təqdim edirik: “Qadınlar Klubu İrəvanda Azərbaycan mətbuatının inkişafına da öz töhfəsini verib, onlarla azərbaycanlı qadın müxbirin yetişməsində böyük rol oynayıb. Klub nəzdində yaradılmış qadınlardan ibarət gənc müxbirlər dərnəyinin fəalları “Zəngi” qəzetində müxtəlif mövzulara aid məqalələr dərc etdirir, özlərinin mətbuata maraq və həvəslərini daha da artırırdılar. Bu da öz növbəsində gənc qadın müxbirlərin jurnalistika sahəsində müəyyən təcrübə əldə etmələrinə kömək olurdu. Gənc müxbirlər dərnəyinin bəzi fəal üzvləri mətbuat sahəsində müəyyən təcrübə əldə etdikdən sonra “Zəngi” qəzetinin aparıcı müxbirlərinə çevrilirdilər.

“Zəngi” qəzetinin 1925-1928-ci illər nömrələrini nəzərdən keçirdikdə Bülbül Kazımova, Fatma Əfəndiyeva, Kübra İbrahimova, Bəyim Kazımova, Ənvər Rizayeva, Şaman Süleymanova, Mənzərə Axundova, Qeyis Münşiyeva, Nabat İbrahimova, Siddiqə Babayeva, İrbaba Bağırovanın və başqalarının ən fəal qadın müxbirlər kimi adlarına rast gəlinir. 1920-ci ildən sonra Qərbi Azərbaycanda milli mətbuatın ətrafında cəmləşən bu tərəqqipərvər qadınlar mətbuat, mədəniyyət və maarif tariximizdə özünəməxsus yer tuturlar. “Zəngi” qəzetinin səhifələrində onların mübariz ruhda məqalələri, ictimai-mədəni fəaliyyətləri bir sıra maarifçi qadınların yetişməsində böyük rol oynayıb. “Zəngi” qəzetinin səhifələrində dərc olunan məqalələrin əsas məzmununu qadın azadlığı, iş, savadsızlıq, hüquqsuzluq, azyaşlı qızların ərə verilməsi, çadra əleyhinə mübarizə, qadınların geri qalmalarının səbəbləri, onların inkişaf yolu və qarşılarında duran vəzifələr təşkil edirdi.

Yuxarıda adları olan müxbirlər Azərbaycan qadınlarının bu cəhalətdən qurtulub öz azadlıqlarına qovuşmasını yalnız onların təhsilə, elmə yiyələnməsində görürdülər və məqalələrində bu barədə xüsusi bəhs edirdilər. Bu istedadlı və fədakar qadınların İrəvanda Azərbaycan mətbuatının təbliğində və inkişafında da böyük xidmətləri bu gün də böyük minnətdarlıqla xatırlanır.

Həmin illərdə “Zəngi” qəzetinin səhifələrində “Azad qadın”, “Talibə”, “Azadə qız”, “Şərqli qızı”, “Qadın” və s. imzalı qadın müəlliflərin yazılarına da rast gəlmək olur. Sovet hakimiyyətinin ilk illərində ictimai həyata atılan bu maarifpərvər qadınlar Qərbi Azərbaycanda qadınlar hərəkatında fəal iştirak etməklə digər müasirlərindən fərqlənirdilər. Onların bəhs edilən dövrdəki fəaliyyətləri haqqında müxtəlif mənbələrdən bəzi məlumatlar əldə edə bilmişik.

Görkəmli ictimai-siyasi xadim Bala Əfəndiyevin həyat yoldaşı Fatma Məhəmməd qızı Əfəndiyeva (1906-1990) Dilican qəzasının Çaykənd kəndində anadan olub. İlk təhsilini ikisinifli Çaykənd məktəbində alıb. 1921-ci ilin sonlarından 1929-cu ilin ortalarına qədər İrəvan şəhərində yaşayıb.

O, İrəvanda yaşadığı müddətdə azərbaycanlı qadınlar arasında çox böyük mədəni-maarif işləri aparıb. İrəvanda azərbaycanlı qadınlar klubu, teatr, mətbuat, mədəni-maarif və s. sahələrdə fəal iştirak edib. İrəvan Azərbaycanlı Qadınlar Klubunun nəzdindəki gənclər özəyinin katibi və “Zəngi” qəzetinin ilk qadın müxbirlərindən biri olub. 1938-ci ildə repressiyaya məruz qalaraq sürgün edilib.

“Zəngi” qəzetinin digər qadın müxbirlərindən biri də Qərbi Azərbaycanın tanınmış maarif xadimi Mehdi Kazımovun həyat yoldaşı Bülbül Kazımova (Muradova) olub. İrəvanda ilk azərbaycanlı qadın müəllimlərindən biri olan Bülbül Hacı Məmmədtağı qızı (1887-1976) İrəvan şəhərində anadan olub, 1914-cü ildə İrəvan rus-müsəlman qız məktəbini bitirib. Bülbül xanım 1917-ci ildə İrəvan oğlan məktəbinin nəzdində qızlar üçün açılmış bir sinifli məktəbdə müəllim işləyib. Amma gənc müəllimin bu fərəhli həyatı uzun sürməyib, yeni alışdırmağa başladığı maarif çırağı 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər zamanı söndürülüb. Bülbül Kazımova 1918-ci ildə erməni daşnaklarının qanlı zülmü nəticəsində İrəvandan didərgin düşərək Gəncə şəhərinə üz tutub. Sonra tale onu Gədəbəyə çəkib aparıb və o, orada ilk qız məktəbini təşkil edib. 1921-ci ildə Şəmkirdə, Dəllərdə müəllimlik edib. O, Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Naxçıvanda və Qərbi Azərbaycanda neçə-neçə məktəbin, klub və mədəniyyət evinin əsasını qoyub. 1923-cü ildə İrəvana qayıdan Bülbül Kazımova gərgin ictimai və pedaqoji fəaliyyətini davam etdirərək daha da genişləndirib. Görkəmli maarif işçisi, ictimai xadim Bülbül Kazımova bir çox orden və medallarla təltif edilib. O, 20 ilə yaxın İrəvan Azərbaycanlı Qadınlar Klubuna rəhbərlik edib, Qərbi Azərbaycanın ilk maarifpərvər qadınlarından biri olub. Bakıda nəşr edilən “Şərq qadını” jurnalında və digər mətbuat orqanlarında yazıları dərc edilirdi.

Bəyim Kazımova İrəvan şəhərində anadan olub. 1926-cı illərdə İrəvan Azərbaycanlı Qadınlar Klubunda açılmış savad kurslarında dərs deyib. Qərbi Azərbaycanda azərbaycanlı qadınlar arasında savadsızlığın aradan qaldırılmasında fəal iştirak edib, İrəvanda çadrasını atan ilk qadınlardan biri olub.

İrbaba Bağırova 1901-ci ildə İrəvan şəhərində anadan olub. 1916-cı ildə İrəvan ikinci şəhər qızlar məktəbində təhsil alıb. 1926-cı ilin oktyabrında Bakıda keçirilən Zaqafqaziya qadın klub işçilərinin ikinci konfransında İrəvan azərbaycanlı qadınlarını təmsil edib, İrəvan Azərbaycanlı Qadınlar Klubunun fəaliyyəti və qarşısında duran vəzifələrin həyata keçirilməsi haqqında məruzə ilə çıxış edib.

“Zəngi” qəzetinin qadın müxbirlərindən biri də Qeyis Münşiyeva olub. Ümumiyyətlə, İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi mühitinin təşəkkülünə və formalaşmasına töhfələrini vermiş ziyalı nəsillər arasında Münşiyevlərin öz yeri və rolu var. Qeyis Münşiyeva Qərbi Azərbaycanda tanınmış ictimai xadim, 1937-ci ildə repressiyanın qurbanı olmuş Hüseyn Münşiyevin bacısı idi. İrəvanda fəaliyyət göstərən azərbaycanlı dram dərnəyinin işində fəal iştirak edən ilk qadınlardan biri olub. Gənc ikən - 1929-cu ildə 27 yaşında İrəvan şəhərində vəfat edib.

Nabat İbrahimova Qərbi Azərbaycanda azərbaycanlı qadınların savadsızlığına qarşı mübarizə hərəkatında fəal iştirak edən qadınlardan biri idi. “Zəngi” qəzetində yazıları çox vaxt “İbrahimova” imzası ilə dərc olunurdu. İrəvan Azərbaycanlı Qadınlar Klubunun nəzdində fəaliyyət göstərən “Qadın müxbirlər” dərnəyinin rəhbəri olub.

Ənvər Rizayeva İrəvanda ikinci rus-tatar qızlar məktəbində təhsil alıb. İrəvanda fəaliyyət göstərən azərbaycanlı dram və qadınlar klubundakı qadın müxbirlər dərnəyinin fəal üzvü olub.

Onlardan başqa, Şaman Süleymanova, Siddiqə Babayeva, Mənzərə Axundova da Qərbi Azərbaycanın ədəbi-mədəni, ictimai həyatında fəal işitirak edən qabaqcıl qadınlar olublar.

Yuxarıda adları çəkilən bu ziyalı qadınlar azərbaycanlı qadınların elmə, təhsilə cəlb edilmələrində, Qərbi Azərbaycanda milli maarifimizin, mədəniyyətimizin inkişafında böyük rol oynayıblar. Bu ziyalı qadınların hamısının diqqətçəkən bir fəaliyyəti də “Zəngi” qəzeti ilə əməkdaşlığı və həmin nəşrdə günün aktual problemlərinə həsr olunan məqalələri dərc etdirmələri idi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rüstəm Qasımov: Milli Məclisin seçkiləri daha əvvəl keçirmək barədə qərarı əsaslıdır

Mikayıl Cabbarov: Startap ekosistemini təmin etməli, maliyyəyə çıxış və vençur kapitalının cəlbi ilə bağlı işlər görməliyik

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Rövşən Nəcəf: Sartap ekosistemində insan kapitalı çox önəmlidir

İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi baş verib, rayon mərkəzi ilə əlaqə kəsilib

BŞTİ-də sertifikatlaşdırmanın nəticələri ilə bağlı 93 vətəndaş qəbul edilib

Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib YENİLƏNƏCƏK

Komitə sədri: Dünyada istifadə olunan bütün resursların 10 faizi tullantıya çevrilir

Bakı Slavyan Universiteti Türk Universitetlər Birliyinin üzvü oldu

Fransada seçkilər: İfrat sağçılar öndədir

Nazirlər Kabinetinin şöbə müdiri: Tullantıların istehsalı ilə bağlı dayanıqlı həllərə olan ehtiyac artır

Mustafa Çətinkaya: Azərbaycan-Türkiyə dostluğu dövlət başçılarımızın siyasi iradəsi ilə daha da möhkəmlənir

“Culfa” tankerinin təmiri başa çatıb

Avro-2024: Türkiyə millisinin oyununda vərəqə rekordu, Ronaldo və Kvaratsxeliyadan tarixi göstərici

BMT narkomaniya və narkobizneslə mübarizəyə dair yeni hesabatını dərc edib

Fərid Hacıyev: Parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə iştirakını təmin edəcək

“ASAN xidmət” BMT Forumunda xüsusi tədbir reallaşdırıb

Azərbaycanın və regionun əsas startap innovasiya tədbiri olan “Baku ID” innovasiya festivalı işə başlayıb

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

Kukla Teatrının beynəlxalq əlaqələri genişlənir

İşğaldan azad edilən ərazilərdə tullantıların idarə olunması üçün infrastruktur qurulur

Azərbaycan millisinin üzvü Rumıniya klubuna keçib

Cibuti Respublikasının Prezidenti Zati-aliləri cənab İsmail Ömər Gellehə

İyunun 30-da Azərbaycan dili fənni üzrə növbəti imtahan keçiriləcək

Moskvada Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd olunub

İdman səfiri Orxan Səfərov Sabirabad rayonunda uşaqlarla görüşüb

Forumun sonunda “Sıfır tullantı” Bakı təşəbbüsünün qəbul olunması nəzərdə tutulub

İranda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası başa çatıb

Bəxtiyar Əliyev: Ermənistan regionda sülhə təhdid yaratmamalıdır

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxır YENİLƏNİB VİDEO

“Sabah”ın kapitanı: Çempionlar Liqasında hədəfimiz müntəzəm mərhələyə yüksəlməkdir

Bakıda “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumu işə başlayıb

Gələn həftə MİQ üzrə müsabiqənin test imtahanları başlanır

Bu gün dünyada Mikro, Kiçik və Orta Müəssisələr Günüdür

Hərbi qulluqçular arasında voleybol üzrə birincilik keçirilib

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini qəbul edib YENİLƏNƏCƏK

Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb

Amerika Kuboku: Venesuela 1/4 finala vəsiqə qazanıb

Malayziyada Şuşaya həsr edilmiş tədbirlər başa çatıb

Dünya birjalarında neft ucuzlaşıb

® “AccessBank” QSC tender elan edir

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi davam edir

FHN: İntensiv yağış səbəbindən 12 nəfər təxliyə edilib, avtomobildə qalan 4 nəfərə köməklik göstərilib VİDEO

Şəkidə bostan bitkilərinin arasında çətənə kolu yetişdirən şəxs saxlanılıb

DİN Bakıda törədilən qətllə bağlı sosial şəbəkədə yayılan görüntülərə münasibət bildirib

Avropa birinciliyi: Azərbaycanın iki boksçusu yarımfinala vəsiqə qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Saatlıda narkokuryerlər saxlanılıb

Laçında yabanı halda bitən 1 tondan artıq çətənə bitkisi məhv edilib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə endirilən sürət həddi bərpa edilib

® “Silk Way West Airlines” və “China Henan Aviation Group” arasında anlaşma memorandumu imzalanıb

Gəncədə narkokuryerdən 20 kiloqramdan çox heroin aşkarlanıb VİDEO

Boliviyada dövlət çevrilişinə cəhddə 9 nəfər yaralanıb

“Reuters”: Ukrayna Avropa yolundan kənar çıxarsa, Aİ-nin yardımını itirəcək

Boliviyada hərbi çevrilişə cəhd olub

Sabah Baydenlə Trampın ilk debatı keçiriləcək

Belçikada bu il ən yüksək temperatur qeydə alınıb

Avropa çempionatında 1/8 final cütlükləri bəlli olub

Avro-2024: F qrupunda Portuqaliya, Türkiyə və Gürcüstan 1/8 finala vəsiqə qazanıb - YENİLƏNİB-4

Qeyri-sabit hava səbəbindən Lənkəran və Astaranın kəndlərində təxliyə işləri aparılır

Veteran tankçılar 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçiriblər

Bakıda axşam saatlarında hərbi orkestrlərin nümunəvi çıxışları maraqla qarşılanıb VİDEO

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Qazaxıstanda 46 trilyon dollar dəyərində yataqlar aşkar edilə bilər

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümü Çində qeyd olunub

AZƏRBAYCANIN SƏNƏTKARLARI
Alimə Qasımova: Xalçalara uşaq kimi yanaşıram

Prokurorluq: Bakıda odlu silahla qəsdən adam öldürmə faktına görə cinayət işi açılıb - YENİLƏNİB

Milli Hidrometeorologiya Xidməti: Lənkərançayda suyun səviyyəsi 47 sm artıb

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü Tbilisidə keçiriləcək

Ukraynalı qonaq: Uşaqlarımız Azərbaycanda özlərini çox rahat, təhlükəsiz hiss edirlər

Şərur rayonunda küləkli hava şəraiti fəsadlar törədib

Azərbaycan güləş millisi komanda hesabında Avropa çempionu olub

Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub

İsveç müəllimləri: Son 10-15 ildə məktəblilərin bilik səviyyəsi xeyli zəifləyib

Füzuliyə dolu yağıb VİDEO

Stella Assanc: Culianın sağalması üçün vaxt lazımdır

Avro-2024: 1/8 finalın daha 3 iştirakçısı məlum olub

Mark Rütte NATO-nun yeni Baş katibi seçilib

Təhrif edilmiş “genetik kod” və ya ermənilər İzmiri necə yandırıblar

Şirvanda bir qrup müharibə iştirakçısına xatirə hədiyyələri təqdim olunub

Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq

Avro-2024: Çexiya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb

Agentliyin əməkdaşı: Məqsədimiz ukraynalı uşaqların emosional vəziyyətlərinin sabitləşməsinə kömək göstərməkdir

IDEA İB-nin könüllüsü: Gənclər ekoloji təhlükəsizliyin təmin edilməsində yaxından iştirak etməlidirlər

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Azərbaycanın iki güləşçisi erməni rəqibinə qalib gələrək Avropa çempionu olub

Şuşada Silahlı Qüvvələr Günü münasibətilə qazi və hərbçilərlə görüş keçirilib

FHN: Dənizdə batan şəxsin axtarışı davam etdirilir

Türkiyənin nəqliyyat naziri Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib

Gəncədə bir şəxsin qəsdən öldürülməsi, digər şəxsin isə xəsarət alması faktına görə cinayət işi başlanıb

Ukraynalı uşaqlar Şəkinin tarixi məkanları və görməli yerləri ilə tanış olublar

Dörd gün əvvəl maşınla vurulan Zaqatala sakini bu gün vəfat edib

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

UNEP-in icraçı direktoru: Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə ev sahibi seçilib

Ölkə ərazisində müşahidə olunan faktiki hava: yağıntılı və küləkli hava şəraiti davam edir

Ermənistanda insan alverinə qarşı mübarizə tədbirləri minimum standartlara belə cavab vermir

“Neftçi” və “Sabah” klublarının loqoları yenilənib

Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü Varşavada qeyd olunub

Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə görüşüb

Azərbaycan gəncləri UNEP-in rəhbəri ilə müzakirələr aparıb