Vahid kart ödəmə sisteminə may ayından etibarən keçilə bilər

20.02.2013 [12:21]
Bakıda vahid kart ödəmə sisteminə may ayından etibarən keçilə bilər. AzərTAc xəbər verir ki, bu barədə fevralın 20-də jurnalistlərə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin texniki istismar üzrə direktoru İbrahim Əliyev məlumat vermişdir ...

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtda tıxacların aradan qaldırılması məqsədilə bir sıra təkliflər hazırlamışdır

20.02.2013 [12:19]
Fevralın 20-də Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransı keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə NİİM-in baş direktoru Elnur Abdullayev ...

Əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 64,6 faizini təşkil etmişdir

20.02.2013 [10:19]
Cari ilin ilk ayında daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 81,1 faiz artaraq ümumi sərmayənin 64,6 faizini təşkil etmişdir. Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, bu vəsaitin 86,6 faizi dövlət ...

Ümumi Daxili Məhsulun 6,2 faizi tikinti sahəsində istehsal edilmişdir

20.02.2013 [04:37]
Cari ilin yanvarında ölkə iqtisadiyyatında 4,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz çox ümumi daxili məhsul istehsal edilmiş, Ümumi Daxili Məhsulun (ÜDM) əhalinin hər nəfərinə düşən həcmi 484,2 manat ...

Binəqədi rayonunda dövlət proqramı çərçivəsində təhsil müəssisələrinin tikintisi davam etdirilir

20.02.2013 [00:55]
“2011-2013-cü illər üzrə Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”çərçivəsində ötən il Binəqədi rayonunda bir sıra təhsil müəssisələri inşa olunmuş və əsaslı təmir edilmişdir. Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, proqramın icrası ilə əlaqədar 102, 3, 276, 246, 284, 126, 244 və 100 nömrəli məktəblər əsaslı təmir edilərək şagirdlərin ...

Cari ilin yanvarında əsas kapitala 617,7 milyon manat vəsait yönəldilmişdir

19.02.2013 [15:51]
Cari ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 617,7 milyon manat vəsait yönəldilmişdir. Dövlət Statistika Komitəsindən AzərTAc-a daxil olan məlumata görə, həmin vəsaitin ...

“İpək Yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində yük və sərnişin daşınması artmışdır

19.02.2013 [14:36]
Ötən il “İpək Yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində 56,9 milyon ton və ya əvvəlki illə müqayisədə 5,5 faiz çox yük, 260,9 milyon nəfər və ya 8 faiz çox sərnişin daşınmışdır. Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, yüklərin 37,5 faizi dəmir yolu ...

Xarici sərmayələr hesabına respublika yollarının yenidən qurulması işləri davam etdirilir

19.02.2013 [10:27]
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən xarici sərmayələr hesabına Bakı - Şamaxı - Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsi, H.Z.Tağıyev-Sahil avtomobil yolu layihəsi üzrə tikinti işləri və Quba-Qusar avtomobil yolunun ...

Nərimanov rayonunda bir neçə ünvanda abad həyətlər salınmışdır

19.02.2013 [00:03]
Ötən il Nərimanov rayonunun abadlaşdırılması sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir. Rayon icra hakimiyyətindən AzərTAc-a demişlər ki, K.Rəhimov küçəsi 13, Ə.Əbdülrəhimov küçəsi 120a, 126a, M.K.Atatürk prospekti 4,6 nömrəli ünvanlarda abad həyətlər salınmışdır ...

Bakı Metropoliteninin yeni korpusu iyun ayında istifadəyə veriləcəkdir

18.02.2013 [20:58]
Tezliklə Bakı Metropoliteninin idarə edilməsi, hərəkətin təşkili və tənzimlənməsi, sərnişin təhlükəsizliyini təmin edəcək yeni texnoloji korpusun inşasında sonuncu mərhələ başlayacaq və sonra binanın təchizat işlərinə keçiləcəkdir. Bakı Metropoliteninin mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki, bununla əlaqədar ...

Paytaxtın Yusif Səfərov küçəsinə avtomobillərin girişi müvəqqəti bağlanılmışdır

18.02.2013 [20:37]
Paytaxtın Yusif Səfərov küçəsinə avtomobillərin girişi müvəqqəti dayandırılmışdır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzərTAc-a bildirmişlər ki, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində aparılan qazıntı işləri ilə əlaqədar Neftçilər ...

Rayonda təhsil və səhiyyə müəssisələrinin inşası daim diqqət mərkəzindədir

18.02.2013 [15:42]
Respublikada təhsilin və səhiyyənin inkişafı, bu sahədə aparılan tikinti, əsaslı təmir və yenidənqurma işləri və həyata keçirilən islahatlar dövlət siyasətinin əsas qayəsini təşkil edir. Dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin hər il artması bunun bariz nümunəsidir. Nərimanov rayonunda da bu istiqamətdə məqsədyönlü tədbirlər görülmüşdür ...

Yolların tikintisi ilə bağlı bir sıra layihələr həyata keçirilir

18.02.2013 [14:24]
Ötən il xarici investisiya hesabına Ələt–Astara - İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Ələt-Masallı hissəsində (31 kilometr) tikinti işləri başa çatdırılmışdır. AzərTAc “Azəryol.az” saytına istinadla xəbər verir ki, yolun Yenikənd-Salyan, Salyan-Şorsulu ...

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bağlı yollar haqqında məlumat yaymışdır

18.02.2013 [13:01]
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakının bəzi prospekt və küçələrində təmir–tikinti işləri ilə əlaqədar bağlanmış yollar haqqında məlumatı açıqlamış, eləcə də sürücülərə alternativ istiqamətləri təqdim etmişdir. Mərkəzdən AzərTAc-a bildirmişlər ki, paytaxtın M.Füzuli küçəsində təmir-tikinti işləri ...

Bakı Metrosunun “28 may” stansiyasının yenidən qurulması layihəsi üzrə ilkin podrat müqaviləsi imzalanmışdır

18.02.2013 [12:50]
Bakı Metropoliteni, Tikilən Bakı Metropoliteni Müdiriyyəti və “Akkord-Bouyges” birgə müəssisəsi adından çıxış edən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasında Bakı metrosunun “28 May” stansiyasının yenidən qurulması – “qırmızı” və “yaşıl” xətlərinin ayrılması layihəsi üzrə ilkin podrat müqaviləsi ...

Paytaxtda avtomobil yolunda asfalt örtüyü çökmüşdür

18.02.2013 [11:38]
Paytaxtda avtomobil yolunda asfalt örtüyü çökmüşdür. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzərTAc-a bildirmişlər ki, asfalt örtüyünün çökməsi ilə bağlı Badamdar küçəsinin “Qurd qapısı” hissəsindən Mikayıl Müşfiq küçəsi ...

İl ərzində respublikada 25 körpü istifadəyə verilmişdir

18.02.2013 [10:42]
Ötən il respublikada avtomobil yollarının və körpülərin saxlanılması, təmiri, bərpası və tikilməsi sahəsində 180 milyon manatlıq iş görülmüş, ümumi istifadədə olan avtomobil yollarının 537,2 kilometri tikilmiş və ya təmir olunmuşdur. AzərTAc “Azəryol.az” saytına istinadla xəbər verir ki, bunlardan 134,6 kilometri ...

Cari ilin yanvarında tikinti kompleksində 617,7 milyon manat vəsaitdən istifadə edilmişdir

17.02.2013 [22:07]
Yanvarda ölkənin tikinti kompleksində 617,7 milyon manat, yaxud ötən ilin müvafiq dövründə olduğundan 32,4 faiz çox vəsaitdən istifadə edilmis və onun 316,1 milyon manatı tikinti-qurasdırma islərinin yerinə yetirilməsinə sərf olunmusdur. Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, əsas kapitala yönəldilmis vəsaitin ...

Paytaxtın Heydər Əliyev prospekti yenidən qurulur

17.02.2013 [21:48]
Paytaxtın Heydər Əliyev prospektinin yenidən qurulması layihəsi tərtib olunmuşdur. Nərimanov rayon icra hakimiyyətinin (RİH) şöbə müdiri Zülfüqar Qasımov AzərTAc-a bildirmişdir ki, layihəyə uyğun olaraq prospektdə köhnə, istismar müddəti keçmiş tikililər ...