Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasiya imkanları” mövzusunda konfrans keçirilib YENİLƏNİB VİDEO

Bakı, 23 dekabr, Əsəd Məmmədov, AZƏRTAC 

Dekabrın 23-də Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasiya imkanları” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransı açan Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov ənənəvi olaraq hər il keçirilən tədbirin əhəmiyyəti barədə danışıb. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən iqtisadi siyasətin əsas mahiyyəti ölkəmizin inkişafı ilə bağlı yeni imkanların araşdırılması və möhtəşəm layihələrə çevrilməsindən ibarətdir. Ulu öndər Heydər Əliyevin iqtisadi təfəkküründən miras qalmış bu yanaşmanın ən vacib ifadələrindən biri Ümummilli Lider tərəfindən hazırlanmış neft strategiyası idi. Həmin neft strategiyası, həyata keçirilən layihələr sayəsində Azərbaycan iqtisadiyyatı yeni inkişaf imkanları əldə etdi. Nəticədə xalqımızın rifah halı yaxşılaşdı, Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi.

“Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması ilə Azərbaycan iqtisadiyyatının inkişafı üçün böyük imkanların qazanıldığını vurğulayan Əli Əhmədov bunun, eyni zamanda, ölkə həyatının bütün sferalarında daha böyük tərəqqiyə nail olmaq üçün etibarlı mənbə olduğunu diqqətə çatdırıb.

Baş nazirin müavini bildirib ki, Azərbaycan Şərq ilə Qərbin, Avropa ilə Asiyanın qovşağında yerləşir və bu coğrafi üstünlükdən dövlətimizin başçısı öz siyasətində böyük məharətlə istifadə edir. Bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın tarixi İpək Yolunun bərpası kimi qlobal bir layihənin həyata keçirilməsindəki rolunu birmənalı şəkildə təsdiq edir.

Son illər Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bu qlobal enerji, nəqliyyat layihələrinin ölkəmizə yeni dividendlər gətirdiyini bildirən Baş nazirin müavini bu layihələrin xalqımızın rifah halının yaxşılaşmasına xidmət etdiyini diqqətə çatdırıb.

Konfransın əlamətdar gün ərəfəsində təşkil olduğunu bildirən Əli Əhmədov dövlətimizin başçısı İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Tədbirdə çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov bildirib ki, düşünülmüş strategiyasız iqtisadi sahədə uğur qazanmaq, eləcə də güclü iqtisadi dayaqlar olmadan siyasi sahədə ciddi nailiyyətlər əldə etmək mümkün deyil.

Azərbaycanda nəqliyyat sektorunun inkişafı istiqamətində böyük işlərin görüldüyünü qeyd edən Cavid Qurbanov bildirib ki, ölkəmizdə müasir logistik şəbəkə qurulub, respublikamızın geniş tranzit imkanlarından səmərəli istifadə olunması istiqamətində işlər davam etdirilir. Milli nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasını təmin etmək üçün dəmir yolu, dəniz, avtomobil, hava yolları, boru kəməri sahələri geniş təhlil edilir, daha səmərəli istifadə yolları müəyyən olunur. Bu baxımdan “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” olduqca mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında, yerli və xarici mütəxəssislərin birgə əməkdaşlığı sayəsində hazırlanmış bu sənəd istər ölkəmizin potensial imkanlarının aydınlaşdırılması, istərsə də müvafiq qabaqcıl təcrübənin öyrənilməsi və bu təcrübənin tətbiqi yollarının müəyyən edilməsi baxımından xüsusilə diqqəti cəlb edir. Bu məqsədlə yerli və beynəlxalq daşımaların idarə olunması mexanizmi təkmilləşdirilir, ölkənin nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası genişləndirilir.

“Hazırda özünün inkişaf dövrünü yaşayan və logistikanın inkişafında önəmli yeri olan sahələrdən biri də dəmir yoludur. Son iki ildə bu sahənin inkişafı üçün dövlətimizin başçısının rəhbərliyi altında bir çox işlər görülüb. İlk növbədə, dəmir yolunun müasir standartlara uyğunlaşdırılması üçün yüzlərlə kilometr mövcud dəmir yolları əsaslı təmir edilib, yeni xətlər salınıb, vaqon parkı yenilənib, stansiyalar əsaslı təmir edilib, dəmir yolunun bir sıra sahələrində ən müasir texnologiyalar tətbiq edilməyə başlanılıb. Təkcə Şərq-Qərb istiqamətində 383,1 kilometr dəmir yolunun əsaslı təmir olunduğunu vurğulayan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri bildirib ki, yolun kontakt şəbəkəsi üzrə əsaslı təmir və yenilənmə işləri aparılıb, yeni yol dəyişən qurğular alınıb.

Cavid Qurbanov deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Azərbaycanı Avrasiya məkanında mühüm nəqliyyat və logistika mərkəzinə çevirəcək, qədim İpək Yolu üzərində olan ölkəmizin tarixi ticarət qovşağı mövqeyini özünə qaytaracaq. Azərbaycan, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində önəmli addımlar atır. Dövlətimizin başçısının səyləri nəticəsində Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi istiqamətində artıq önəmli işlər həyata keçirilib. Azərbaycan ərazisində bütün işlər tamamlanıb, bütün infrastruktur hazırdır. Hazırda Astara (Azərbaycan)-Astara (İran) dəmir yolunun inşasına dair İran ərazisində işlər yekunlaşmaq ərəfəsindədir. Hazırkı mərhələdə yüklər Astara stansiyasından Rəşt stansiyasına qədər avtomobillər vasitəsilə nəql edilir. Növbəti mərhələdə Astara-Rəşt dəmir yolunun tikintisi reallaşdırılacaq ki, bu işlər də Azərbaycan hökumətinin ayırdığı kredit hesabına həyata keçiriləcək. Bütün işlər yekunlaşandan sonra Skandinaviya ölkələri, Rusiya, Azərbaycan və İranın dəmir yolları bir şəbəkədə birləşəcək.

Diqqətə çatdırılıb ki, dəmir yolunda vaqon parkının yenilənməsi məqsədilə bir sıra işlər görülüb. 3101 yeni yük vaqonu alınaraq vaqon parkına daxil edilib. Lokomotiv parkının sağlamlaşdırılması məqsədilə 10 yeni teplovoz və 4 yeni elektrovoz əsaslı təmir edilib, 3 elektrovoz və 5 teplovoz alınıb, 5 lokomotiv əsaslı təmir olunaraq istismara buraxılıb. Fransanın “ALSTOM” şirkətinin istehsalı olan 50 müasir elektrovozun alınmasına dair müqavilə imzalanıb ki, həmin elektrovozların Bakı-Böyük Kəsik marşrutunda istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edilib ki, sərnişinlərin daşınmasında keyfiyyəti yüksəltmək üçün xeyli iş görülüb. Belə ki, İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan 4 vaqondan ibarət 5 ikimərtəbəli sürət qatarı alınaraq ölkəyə gətirilib və həmin şirkətlə Bakı-Tbilisi-Qars marşrutu ilə hərəkət edəcək daha 20 vaqonun alınmasına dair müqavilə imzalanıb. Yaxın zamanlarda həmin vaqonlar Azərbaycana gətiriləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri bütün dəmiryolçular adından dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib.

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi neft-qaz strategiyasından danışıb.

Başa çatmaqda olan ilin neft sənayesi ilə bağlı bir sıra əlamətdar hadisələrlə yadda qalacağını qeyd edən Xoşbəxt Yusifzadə “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanmasını böyük tarixi hadisə adlandıraraq deyib: “Bu, doğrudan da çox böyük əhəmiyyət kəs edir. Bildiyimiz kimi, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ölkəmizdə iqtisadi vəziyyət o qədər də ürəkaçan deyildi. Bütün sahələrdə olduğu kimi, neft sənayesində də vəziyyət ağır idi, xalqımızın rifah halı gündən-günə pisləşirdi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin uzaqgörənliklə hazırladığı neft strategiyasının həyata keçirilməsi ölkəni bu ağır vəziyyətdən çıxardı. Kəşf olunmuş neft yataqlarının xarici şirkətləri cəlb etməklə işlənməsi qərara alındı. Çünki o vaxt bizim “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarını işlətmək üçün iqtisadi, texniki imkanlarımız yox idi. Məhz buna görə “Əsrin müqaviləsi”nin imzalanması neft sənayesinin inkişafı ilə yanaşı, ümumilikdə ölkə iqtisadiyyatının tərəqqisi, xalqımızın rifahının yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyətə malikdir. Bu müqavilənin imzalanması, həmçinin ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə təkan verdi”.

Xoşbəxt Yusifzadə bildirib ki, bu günədək “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından 450 milyon ton neft alınıbsa onun 250 milyon tonu Azərbaycanın mənfəət neftidir və bu da dünya bazarlarına çıxarılıb. Bu mənfəət neftindən gələn gəlirləri də hər birimiz görürük. Bu gəlirlər ölkəmizin inkişafına, xalqımızın rifahının yaxşılaşdırılmasına sərf edilib.

Ulu öndər Heydər Əliyev tərəfindən başladılan və Prezident İlham Əliyevin reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin çəkilməsinin Azərbaycan neftinin xarici bazarlara çıxarılması istiqamətində atılan mühüm addımlardan olduğunu qeyd edən SOCAR-ın birinci vitse-prezidenti bildirib ki, dünya bazarlarına çıxarılan 460 milyon ton neftin 350 milyon tonu məhz Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə çıxarılıb.

Azərbaycanda iki milyard ton neft hasil olunmasının təntənəli şəkildə qeyd edildiyini xatırladan Xoşbəxt Yusifzadə bildirib ki, 1971-ci ildə bir milyardıncı ton neftin hasil edilməsi ilə bağlı mərasim keçirilmişdi. O vaxt ulu öndər Heydər Əliyev Moskvada XXIV partiya qurultayında çıxışında dedi ki, balaca bir respublikanın - Azərbaycanın neftçiləri bir milyard ton neft hasil ediblər. Sonra Bakıda mərasim keçirildi. İki milyardıncı ton neftin hasil edilməsi də məhz bu ilə təsadüf etdi. 46 il ərzində hasil edilən bir milyard ton neftin 700 milyonu müstəqillik illərində hasil edilib”.

TAP və TANAP layihəsi üzrə işlərin uğurla davam etdirildiyini deyən Xoşbəxt Yusifzadə bu layihələrin istifadəyə verilməsi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun daha da artacağını vurğulayıb.

Konfrans bədii hissə ilə davam edib.

Bakıda “Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasiya imkanları” mövzusunda konfrans keçirilib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq

Tozsoran və soyuducular da hakerlərin hədəfində: minlərlə cihaz uzaqdan idarə oluna bilər

İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasına dair memorandum təsdiqlənib

Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb

“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 13 oktyabr

Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Vüsal Xəlilov: Ani Ödənişlər Sisteminin genişləndiriləcək və fintexlər üçün yeni imkanların yaradılacaq

BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır

Azərbaycanla Qlobal Cənub ölkələri arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri – ŞƏRH

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

İtaliyanın Baş naziri yanacağın qiymətlərinin artması ilə bağlı Avropa İttifaqı rəhbərliyinə müraciət edib

Lənkəranda ər arvadını və azyaşlı oğlunu bıçaqlayıb

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Oxfam Fransanı məhkəməyə verməyə hazırlaşır

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir

Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir

Tolerantlıq həyat tərzimiz, təhsil isə milli təhlükəsizliyimizin təminatıdır - Coşqun Məmmədov

Gürcüstan Müdafiə Qüvvələrinin sayı gələn il 37 min nəfər olacaq

Prezident İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir

Milli Məclisin sədri: Parlamentin üzvləri kimi dövlətimizin möhkəmləndirilməsinə kömək göstərməliyik

Qara dəniz sahillərində gəmillərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar

Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq

Səudiyyə Ərəbistanı paytaxtının hava limanı bu həftə bağlı qalacaq

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNƏCƏK

“Layihə idarəetməsi” modulu üzrə təlimlərə başlanılıb

Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK

Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb

Cənubi Azərbaycan folklorunun aktual problemlərinə dair seminar təşkil edilib

Baş katib: OPEC neft tələbatının artım proqnozunu sutkada 400 min barelə endirib

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib

Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO

Fransada yükdaşıma şirkətləri dizelin bahalaşmasına etiraz edir

Milli Məclisdə 13 məsələnin müzakirəsinə başlanılıb

Naxçıvanda vergiödəyicilərinin sayı 7 faizədək artıb

Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır VİDEO

Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır VİDEO

Baş məşqçi: Slovakiya klubu ilə matçda daha yaxşı oyun göstərməyə çalışacağıq

OPEC+: İran müharibəsi neft daşımalarının xərcini rekord həddə çatdırıb

Səhiyyə Nazirliyində “Vətəndaş qəbulu” tam rəqəmsallaşıb

Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar

Politoloq: MDB-yə sədrliyin 2028-də Azərbaycana keçməsi üzv dövlətlər üçün mühüm fürsət olacaq

Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir VİDEO

Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir VİDEO

Azərbaycanda vergiödəyicilərinin sayı 4,6 faiz artıb

Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Məktəblərdə vahid geyim forması: dünyəvilik, sosial bərabərlik və tolerantlıq prinsipləri

Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək

İqor Ponomaryov: Düşünürəm ki, futbolçular bu dəfə daha inamlı çıxış edəcəklər

Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

Daha bir qrup ukraynalı uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaq üçün ölkəmizə gətirilib

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub VİDEO

Fransa Hind okeanında “kölgə donanması”na qarşı əməliyyat keçirib, neft tankeri saxlanılıb

BMT Baş Assambleyasında pandemiya bəyannaməsi qəbul edilib

"ASAN xidmət"in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Asiya İnkişaf Bankı “Bakı Metropoliteni” QSC-yə 302 milyon dollar kredit ayırıb

Bu ilin ilk 8 ayında əhaliyə 65 milyondan çox tibbi xidmət göstərilib

Bakıda türk dövlətlərinin maliyyə və fintex sektoruna dair müzakirələr aparılır

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya qarşı

® ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək

NATO təliminin iştirakçıları üçün ekskursiyalar təşkil olunub

Ağdam Sənaye Parkında un istehsalı layihəsi həyata keçiriləcək

Hakim vəzifələrinə təyin olunmuş prokurorluq əməkdaşlarına fəxri fərmanlar təqdim edilib

Azərbaycanın logistika imkanları İzmirdə təqdim olunub

Xaçmazlı və qusarlı məzunlar Prezident təqaüdçüsü oldular

Bakıda növbəti “Xarici Siyasət Proqramı” təşkil olunub

AZAL 9 ayı artım və beynəlxalq nailiyyətlərlə başa vurub

Türkiyədə Ankaranın paytaxt elan edilməsinin 103-cü ildönümü qeyd olunur

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Azərbaycan güləşçisi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb

Neft ucuzlaşır VİDEO

Neft ucuzlaşır VİDEO

Sumqayıt, Ağdaş və Göyçayın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

“Sabah” Çempionlar Liqasında “Slaviya” ilə qarşılaşacaq

Azərbaycan nefti 131 dollara satılır VİDEO

Azərbaycan nefti 131 dollara satılır VİDEO

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir! VİDEO

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir! VİDEO

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var VİDEO

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var VİDEO

Pakistanda qatarın relsdən çıxması nəticəsində beş nəfər ölüb

“44” bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

Aeroport şosesində qəza nəqliyyatın sıxlığına səbəb olub

BVF Yaxın Şərqdəki vəziyyətlə əlaqədar yeni qiymət artımı riski barədə xəbərdarlıq edib

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin – “44” bədii filminin premyerası olub

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının iki rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb