15 İYUN - MİLLİ QURTULUŞ GÜNÜ BÖLGƏLƏRDƏ TƏNTƏNƏ İLƏ QEYD EDİLMİŞDİR
ŞƏMKİR
15 iyun - Milli Qurtuluş günü münasibətilə Şəmkir rayonunda keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeydə ulu öndərin büstü önünə gül-çiçək dəstələri qoymuşlar. 1993-cü ildə dahi rəhbərin tarixi qayıdışı ilə ölkənin hərc-mərclikdən, xaosdan qurtulmasına həsr olunmuş videofilm nümayiş etdirildikdən sonra muzeyin iclas salonunda toplantı keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Nazim Veysov 15 iyun tarixinin Azərbaycan xalqının taleyində oynadığı roldan danışmışdır. Sonra rayon ziyalıları, ağsaqqallar ürək sözlərini söyləmiş, o tarixi qayıdışdan sonra ulu öndərin qətiyyətli və uzaqgörən siyasəti sayəsində öz müstəqilliyini möhkəmləndirən Azərbaycanın bugünkü nailiyyətlərindən söhbət açmışlar.
SAMUX
15 iyun - Milli Qurtuluş günü Samux rayonunda da təntənə ilə qeyd edilmişdir.
Dünya şöhrətli siyasətçi Heydər Əliyevin adını daşıyan parkda keçirilən tədbirdə iştirakçılar əvvəlcə ulu öndərin abidəsi önünə tər çiçəklər düzmüşlər. Sonra rayon ictimaiyyətinin nümayəndələri çıxış edərək vətənin ən ağır günlərində xalqın səsinə səs verərək siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin misilsiz xidmətlərindən danışmış, onun layiqli davamçısı Prezident İlham Əliyevin gərgin fəaliyyəti nəticəsində qazanılan uğurları mərasim iştirakçılarının nəzərinə çatdırmışlar.
Tədbir iştirakçıları adından ölkə başçısına müraciət qəbul edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]