DÜNYA
15 yaşlı amerikalı dünyanın ən hündür 7 zirvəsini fəth etmişdir
Bakı, 27 dekabr (AZƏRTAC). Amerikalı Cordan Romero 15 yaşında dünyanın ən yüksək 7 zirvəsini fəth edərək rekorda imza atmışdır.
AZƏRTAC Türkiyənin “Milliyyət” qəzetinə istinadən xəbər verir ki, ötən həftənin çərşənbə günü atası və ögey anası ilə birlikdə Antarktidadakı Vinson Massivi dağına dırmaşmağa başlayan Cordan bazar günü axşam hündürlüyü 4892 metr olan zirvəyə çatmışdır.
Cordan 10 yaşında Afrikanın ən hündür zirvəsi Kilimancaronu, 13 yaşında isə dünyanın ən yüksək zirvəsi Everesti fəth etmişdir.
Cordan demişdir ki, ən böyük arzum dünyanın ən hündür zirvələrinə qalxmaq olmuşdur. Bu arzumu həyata keçirməkdə mənə ailəm kömək etmişdir.
Əvvəlki rekord ingiltərəli Corc Atkinsona məxsus idi. Belə ki, o, 16 yaşında dünyanın ən hündür 7 zirvəsinə qalxa bilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]