15 yaşlı Anna Frankın gündəliyi Holokostun aynası kimi
Berlin, 17 iyun, AZƏRTAC
Bu günlərdə Almaniyada Holokost dövrünün məşhur gündəliyinin müəllifi Anna Frankın xatirəsi anılır.
AZƏRTAC xəbər verir ki, Frankfurtda Anna Frankın 90 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə UNESCO-nun Baş katibi Odri Azulay, həmçinin Anna Frankın həmyaşıdı, Holokostun dəhşətlərini yaşamış macar filosofu Aqneş Heller çıxış ediblər.
Gündəliyin müəllifinin həyat və taleyinə Frankfurtun Yəhudi Muzeyində birgünlük sərgi, Vestend sinaqoquna ekskursiya, həmçinin bir sıra məktəb tədbirləri həsr edilib.
Anna Frank 1929-cu ilin iyununda Frankfurtda, dindar olmayan yəhudi ailəsində dünyaya gəlib. O, ailənin ikinci qız övladı olub. Almaniyada yəhudilərin izlənilməsinə başlandıqda Anna Frankın ailəsi Hollandiyaya köçür. Bu ölkə işğal edildikdən və təqiblər oraya da çatdıqdan sonra ailə gizlənmək qərarına gəlir. Lakin onları ələ verirlər və Anna Frank 15 yaşında digər ailə üzvləri ilə birlikdə Bergen-Belzen həbs düşərgəsində həlak olur.
Müharibədən sonra Anna Frankın gündəliyi aşkar olunaraq 70-dən çox dilə tərcümə edilib. Hazırda bu gündəlik UNESCO-nun dünya sənədli irsinin bir hissəsi hesab edilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]