18 biznes-inkubator arasında memorandum imzalanıb
Bakı, 30 mart, AZƏRTAC
Martın 30-da 18 biznes-inkubator arasında əməkdaşlığın genişləndirilməsi və birgə fəaliyyətin həyata keçirilməsinə dair memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, imzalanma "Biznes-inkubatorlar kiçik sahibkarlığın inkişafında uğurlu platformadır" mövzusunda keçirilən tədbir çərçivəsində baş tutub.
Qeyd edək ki, biznes-inkubatorların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyində müvafiq komissiya yaradılıb.