İDMAN
2012-ci ilin Avropa çempionatı üçün Kiyevin “Olimpiyski” stadionunda uşaq bölmələri açılacaqdır
Bakı, 26 dekabr (AZƏRTAC). “Ukrayna-2012” informasiya mərkəzi xəbər verir ki, Kiyevdə 2012-ci ilin Avropa futbol çempionatı oyunlarının keçiriləcəyi “Olimpiyski” stadionunda uşaq sektorları açılacaqdır.
Gənc futbol azarkeşləri onlar üçün ayrılmış yerlərdən oyunu canlı izləyə biləcəklər. Yerli “Dinamo” azarkeşlərinin bəxti xüsusilə gətirmişdir. Klub stadionun icarəyə götürülməsi barədə beşillik saziş imzalamışdır.
“Ukrsportarena” konserninin baş direktoru Vladimir Geninson demişdir ki, hazırda gənclərlə iş üzrə xüsusi proqram hazırlanır. “Hollandiyada yaradılmış “Filips arena” gözəl nümunədir. Orada iki yan sektor yaradılmışdır - 12 yaşınadək uşaqlar və onların valideynləri üçün və on iki yaşından yuxarı gənclər üçün. İkinci sektora valideynsiz də gələ bilərlər, çünki burada gənclərlə stüardlar məşğul olurlar. Mütəxəssislərin hamısı təcrübəli və pedaqoji təhsillidir”.
Geninson demişdir: “Olimpiyski” stadionu üçün hələlik belə layihə arzu olsa da, konsern “Dinamo” ilə birlikdə bu mövzu üzərində ciddi düşünür və onu həyata keçirmək niyyətindədir.