Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

2014-cü il dövlət büdcəsi təsdiqlənmişdir

Bakı, 22 noyabr (AZƏRTAC). Noyabrın 22-də Milli Məclisin növbəti iclasında 2014-cü il dövlət büdcəsi təsdiqlənmişdir.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov bildirmişdir ki, “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin parlamentdə müzakirəsi zamanı deputatların əksəriyyəti çıxış etmiş, rəy və təkliflər səsləndirmişlər. Hökumət deputatların qaldırdıqları məsələləri bir daha müzakirə etmiş və gələn ilin əsas maliyyə sənədinə bəzi dəyişikliklər olunmuşdur.

Milli Məclisin iclasında büdcə zərfinə daxil olan digər qanun layihələri də qəbul olunmuşdur. 2014-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 18 milyard 384 milyon manat, xərcləri isə 20 milyard 63 milyon manat proqnozlaşdırılmaqla təsdiqlənmişdir.

Maliyyə naziri Samir Şərifov demişdir ki, hökumət Milli Məclisdə büdcə zərfinin müzakirəsi zamanı deputatların əhalinin maddi rifahının daha da yaxşılaşdırılması, ölkənin müdafiə potensialının gücləndirilməsi, qeyri-neft sahələrinin inkişafı, vergi borclarının azaldılması, vergidən yayınmanın qarşısının alınması, elm, təhsil, səhiyyə, mədəniyyət sahələri üçün əlavə büdcə vəsaitlərinin cəlb edilməsi, sənaye və aqrar sektora dövlət dəstəyinin artırılması, regionların iqtisadi inkişafı, bələdiyyələrin fəaliyyətinin genişləndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi ilə bağlı verdikləri təklif və tövsiyələri təhlil etmişdir. Həmin təkliflərin bəziləri növbəti ilin əsas maliyyə sənədində büdcə xərclərinin artırılması yolu ilə deyil, xərclərin strukturunda dəyişikliklər olunmaqla əksini tapmışdır. Digər təkliflərlə bağlı isə mərhələli şəkildə növbəti illərin dövlət və icmal büdcələrinə baxılarkən tədbirlər görüləcəkdir. Nazir ümumiyyətlə hər bir təklifin və layihənin nəzərə alınması zamanı büdcə dayanıqlığının təminatının və makroiqtisadi sabitliyin qorunması məsələsinin əsas götürülməsinin vacibliyini önə çəkmişdir.

Samir Şərifov bildirmişdir ki, 2014-cü ilin dövlət büdcəsi balanslaşdırılmış büdcədir və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasəti növbəti ildə də həyata keçirmək üçün zəmin yaradacaqdır.

Sonra Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il üçün büdcəsi gəlirləri və xərcləri 2 milyard 928,5 milyon manat olmaqla təsdiqlənmişdir. İclasda 2014-cü il dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun büdcəsi ilə yanaşı, növbəti il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının 2014-cü il üçün xərclər smetaları da təsdiqlənmişdir. 2014-cü ildə yaşayış minimumu ölkə üzrə 125 manat, ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədi ilə ehtiyac meyarı 100 manat məbləğində nəzərdə tutulur. Bununla da Milli Məclis növbəti ilin əsas maliyyə sənədlərini təsdiqləmişdir.

Sonra Milli Məclis Azərbaycan Prezidentinin Sərəncamı ilə kənd təsərrüfatı naziri təyin olunan Heydər Əsədovun Hesablama Palatasının sədri vəzifəsindən azad edilməsi, Vüqar Gülməmmədovun Palatanın yeni sədri təyin edilməsi məsələsinə baxaraq müsbət münasibət bildirmişdir.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə demişdir ki, büdcə resurslarından istifadə zamanı şəffaflığın təmin olunmasında ölkənin ali maliyyə nəzarəti orqanı olan Hesablama Palatasının rolu böyükdür. İldən-ilə fəaliyyəti daha da təkmilləşən palatada kifayət qədər peşəkar kadr çalışır. Palata həm büdcənin icrası, həm də növbəti illərin büdcə proqnozları ilə bağlı vaxtında, dolğun və aydın rəy hazırlayaraq Milli Məclisə təqdim edir.

Daha sonra “İctimai iştirakçılıq haqqında” yeni qanun layihəsi qəbul olunmuş, “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”ya düzəlişlər təsdiqlənmişdir. “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda, eləcə də Mülki, İnzibati Xətalar, Vergi məcəllələrində, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Dövlət rüsumu haqqında”, “Sosial sığorta haqqında”, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanunlarda, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilmişdir.

“İctimai iştirakçılıq haqqında” qanun layihəsini təqdim edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev bildirmişdir ki, məqsəd Azərbaycan vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsi üçün təminatlar yaratmaqdır.

Bildirilmişdir ki, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Qanunda edilən dəyişikliklə kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən müddətli vergi güzəştlərinin müddəti artırılmışdır. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları 2014-cü il yanvarın 1-dən başlayaraq daha 5 il müddətinə Vergi Məcəlləsi ilə müəyyən edilən mənfəət və əlavə dəyər vergilərini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azad olunacaqlar.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov demişdir ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin tətbiqi 2001-ci ildən başlamışdır və ötən 13 ildə davam edən bu siyasət indiyədək 1,4 milyard manat vəsaitin fermerlərdə qalmasına və həmin vəsaitin istehsalın inkişafına yönəldilməsinə imkan vermişdir. Nəticədə istehsalın həcmi 4,4 dəfə artmışdır.

İclasda Xaçmaz rayonunun Xaraxoba kəndinin Palıdlı kəndi adlandırılması haqqında da qanun layihəsi qəbul olunmuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

Qaxda ağır yol qəzası olub, üç nəfər ölüb

FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar VİDEO

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ƏƏSMN: Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək

Gəncədə zəncirvari yol qəzası olub

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV

Məzahir Pənahov: Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var

Marneulidə azərbaycanlı alimin “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib

Tbilisidən Azərbaycan sərhədinə qədər yeni beton yolun tikintisi bu ilin sonuna başa çatacaq

Qlobal iqlim dəyişmələri və yaratdığı problemlər - MƏQALƏ

BŞİH və RİİB əməkdaşları futbol oynadılar

Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb

Parlament seçkilərində seçkiqabağı təşviqat avqustun 9-da başlayacaq

Səmərqənddə İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu keçirilib

“Çelsi” növbəti transferini açıqlayıb

Deputatlığa namizədin qeydə alınması üçün zəruri seçki sənədlərinin təqdim edilməsi iyulun 13-dən başlayacaq

Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar

Bruno le Mer: Bir vaxtlar Yunanıstanda olduğu kimi, Fransa da Aİ-nin maliyyə nəzarəti altına düşə bilər

Qarabağdan süzülən “yaşıl işıq”

İctimai asayişin keşiyində gecə-gündüz fədakarlıqla dayanan Azərbaycan polisi hörmətə və ehtirama layiqdir

İsrail mediası: Azərbaycana turist axını artıb

Bakıda beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib VİDEO

THY aviaşirkəti il ərzində 900 pilot və 1000 bələdçini işə götürəcək

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Maliyyə vəsaitinin azaldılması Nigeriyanın şimal-şərqində kəskin aclıq riski yaradır

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qohum nikahlarında daha çox təsadüf edilən xəstəliklərin böyük bir qismi irsən keçir - ARAŞDIRMA

İsveçin səhiyyə sektorunda AI texnologiyası tətbiq olunur

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məzun günü” keçirilib

Xalq yazıçısı Elçinin Türkiyədə yeni kitabı çap olunub

Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb

Avropa Kardioloqlar Cəmiyyəti Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Türkiyəli nazir: Türkiyənin himayədar ailə modeli Azərbaycanda da tətbiq edilir

“The Defense Post”: Azərbaycan “C-27J Spartan” hərbi-nəqliyyat təyyarəsi alıb

® “Azercell”in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk qalibləri müəyyənləşib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan karateçisi beynəlxalq turnirdə qızıl medal qazanıb

Şamaxıda yük maşını yoldan çıxaraq dərəyə aşıb VİDEO

Azərbaycan ilə Monteneqro arasında sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb

Məktəblilərimiz Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

Azərbaycanla Macarıstan arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Cavid Hüseynov tanınmış mütəxəssisin köməkçisi təyin olunub

Qubada qanunsuz tikintinin qarşısı alınıb VİDEO

“Bağçada rahat yer” musiqili tamaşası III Bakı Piano Festivalının yaddaqalan hadisəsi olub

Bakıda qanunsuz saxlanılan tapança oğurlanıb VİDEO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün çimərlik turu təşkil edilib

İranda prezident seçkiləri: Pezeşkiyan və Cəlili ikinci tura keçib

Dövlət Vergi Xidməti ötən ay olan müraciətlərin hesabatını açıqlayıb

Sabahın hava proqnozu açıqlanıb

UNEC “Məzun günü” keçirib: bu il universiteti 5300-ə yaxın tələbə bitirir

“Turan Tovuz” iki futbolçu ilə müqaviləni yeniləyib

İspaniya futbol tarixinin ən yaxşı müdafiəçisi bəlli olub

Keniyada etiraz aksiyaları zamanı azı 30 nəfər ölüb

Hesabat: Ötən il Fransada irqçilik halları 32 faiz artıb

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Bakıya gəlib

Macarıstan Etnoqrafiya Muzeyi dünyanın ən yaxşı ictimai binası elan edilib

Azərbaycan basketbol hakimlərinin bilik və bacarıqları artırılır

ABŞ kəşfiyyat peykini orbitə çıxarıb

“Egemen Qazaqstan” qəzeti: Azərbaycanda medianın sərbəst fəaliyyəti üçün bütün şərait yaradılıb

Polis işğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün tədbirləri davam etdirir

İtaliyalı ekspert: Azərbaycan karbohidrogen istehsalçısı kimi dünya iqtisadiyyatında mühüm yer tutur - MÜSAHİBƏ

“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu: Gürcüstan Avropa çempionatında yeni tarix yazdı

Amerikalıların 60 faizi Baydenin namizədliyinin əvəzlənməsini dəstəkləyib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyi davam edir

Fiziki aktivliyin zəifliyi 1,8 milyard yetkin insanda xəstəliklərə səbəb olur

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Yanvar-may aylarında “Könüllü DOST” proqramına 530 nəfər cəlb olunub

Avrora Qrup 2024-cü il iyulun 2-də “Açıq qapı” günü elan edir!

Milli Kitabxanada “Çingiz Əlioğlu - 80” adlı kitab sərgisi açılıb

Rusiya nümayəndə heyəti ATƏT PA-da fəaliyyətini dayandıracaq

Azərbaycan çempionu 8 əcnəbi voleybolçu ilə vidalaşıb

® Bakı Fond Birjasında “AccessBank” istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

KİV: Polşa gələn həftə Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq

DİN: Əvvəlki dövrlərdən bağlı qalan 25 cinayət açılıb

Amerika Kuboku: Kolumbiya 1/4 finala yüksəlib, Braziliya ilk qələbəsini qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Faktiki hava: Əksər rayonlarda hava əsasən yağmursuz keçib

Prokurorluq əməkdaşları Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində olublar

Avro-2024: Bu gün 1/8 final mərhələsinə start veriləcək

Avropa çempionatı: Azərbaycanın daha bir boksçusu finala yüksəlib

Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti görüşü keçirilib

Sabirabadda çətənə kolları yetişdirən iki qardaş saxlanılıb

İranda prezident seçkilərində islahatçı Pezeşkiyan liderlik edir VİDEO