ELM VƏ TƏHSİL
“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Azad Həmkarlar Komitəsinin təşəbbüsü və maliyyə dəstəyi, Filologiya fakültəsinin və İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” mövzusunda yazı müsabiqəsi keçirilib. Müsabiqə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqənin nəticələrinə əsasən, I yerə Rəşad Hüseynov, II yerə Zəhra Əliyeva və Zimara Zeydullayeva, III yerə Nərgiz Abbaszadə, Səhər Məhəmmədpur və Radiyə Məmmədova layiq görülüblər. Qaliblərə mükafat və diplomlar təqdim edilib. Müsabiqədə iştirak edən digər tələbələrə isə sertifikat verilib.