Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdamda müasir təhsil infrastrukturunun yeni siması - Xıdırlı kənd tam orta məktəbindən REPORTAJ FOTO VİDEO

Ağdam, 19 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri çərçivəsində təhsil infrastrukturunun yenilənməsi prioritet istiqamətlərdəndir. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri də ötən il istifadəyə verilən Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müasir tələblərə cavab verən məktəb binası həm infrastrukturu, həm də burada yaradılan tədris mühiti ilə seçilir. Xıdırlı kənd tam orta məktəbi bu gün doğma yurda qayıdan müəllim və şagirdlər üçün gələcəyə inamın və yeni başlanğıcın simvoluna çevrilib.

Məktəbin direktoru Mətanət Məmmədova üçün bu təhsil ocağı yalnız iş yeri deyil, həm də yarımçıq qalan arzularının davamıdır. Bildirir ki, Xıdırlı kəndində anadan olub və orta təhsilini də bu məktəbdə alıb. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirdikdən sonra doğma məktəbinə müəllim kimi qayıdan Mətanət Məmmədova təəssüflə qeyd edir ki, fəaliyyəti cəmi üç il çəkib və Xıdırlı kəndinin işğalı səbəbindən 26 yaşında doğma yurdunu tərk etməli olub.

“Sonrakı illərdə təhsil sahəsində çalışsam da, içimdə bir boşluq var idi. Bu boşluğun 2025-ci il sentyabrın 15-də tamamlandığını hiss etdim. Xıdırlı kənd tam orta məktəbi fəaliyyətə başladı və mən bu məktəbə direktor təyin olundum. Artıq yarımçıq qoyduğum arzularımı reallaşdırıram”, – deyə məktəb direktoru vurğulayır.

Direktorun sözlərinə görə, 528 şagird yerlik məktəb binası yüksək infrastruktura malikdir. İkimərtəbəli binada 21 sinif otağı, 2 kompüter otağı, 3 laboratoriya, 3 fənn kabineti, hərbi hazırlıq otağı və məktəbə hazırlıq qrupları fəaliyyət göstərir. “Dövlətimiz bizə tam təchiz olunmuş müasir məktəb verib. Əsas məqsədimiz burada gələcəyin həkimlərini, mühəndislərini, alimlərini və ən əsası, Vətəninə bağlı şəxsiyyətlər yetişdirməkdir”, – deyə o əlavə edir.

Xıdırlı kənd tam orta məktəbində çalışan müəllimlər də işğaldan azad olunmuş torpaqlarda fəaliyyət göstərməyin qürurunu yaşayırlar. Riyaziyyat müəllimi İlahə Qarayeva bildirir ki, 2025-ci ilin sentyabrından etibarən bu məktəbdə dərs deyir. Onun sözlərinə görə, valideynləri ona Xıdırlı kəndi haqqında çox danışıblar: “Həmişə arzulayırdım ki, burada yaşayım. Bu gün Xıdırlı kəndində yaşayıram və şagirdlərə riyaziyyat fənnini tədris edirəm. Dədə-baba yurdumda müəllim kimi çalışmaq çox qürurverici hissdir. Həm müəllimlərin, həm də şagirdlərin əhvali-ruhiyyəsi yüksəkdir”.

Şagirdlər də yeni məktəbdən və kənddəki şəraitdən razıdırlar. 8-ci sinif şagirdi Abdulla Qurbanov deyir ki, Xıdırlıya gəldikdən sonra buranın gözəlliyi onu heyran edib: “Bura gəldiyim üçün çox sevinirəm. Valideynlərim Xıdırlı kəndi haqqında danışsalar da, təsəvvür edə bilmirdim. Kəndə gələndən sonra buranın gözəlliyini gördüm. Məktəbimiz də çox gözəldir, müəllimlərimiz dərsləri bizə yaxşı tədris edirlər”.

Qeyd edək ki, Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışı ötən il iyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə baş tutub. Beş blokdan, o cümlədən idman zalı blokundan ibarət məktəb binası 2,7 hektar ərazini əhatə edir. Burada sinif otaqları, laboratoriyalar və fənn kabinetləri ilə yanaşı kitabxana, idman və akt zalları, yeməkxana yaradılıb. Məktəbin ərazisində həm şagirdlərə, həm də əhaliyə xidmət göstərəcək qaçış zolağı olan idman meydançası, oyun və istirahət sahələri də inşa edilib.

Müasir maddi-texniki bazaya malik Xıdırlı kənd tam orta məktəbi işğaldan azad olunmuş ərazilərdə təhsilin bərpasının, həyata qayıdışın və gələcəyə inamın bariz nümunəsidir.

Ağdamda müasir təhsil infrastrukturunun yeni siması - Xıdırlı kənd tam orta məktəbindən REPORTAJ FOTO VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib