Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB
Biləsuvar, 11 oktyabr, AZƏRTAC
Biləsuvar rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı ölənin və xəsarət alan şəxslərin kimliyi məlum olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xəsarət alanlar Bakı şəhərinin Ələt qəsəbə sakini, 1956-cı il təvəllüdlü Əliyev Mahmudağa Hacıağa oğlu, Bakı şəhəri Nizami rayon sakini, 1997-ci il təvəllüdlü Əmənova Nişanə Mübariz qızı, Laçın rayonunun Şeylanlı kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Rauf Volodiya oğlu və Lənkəran rayonunun Zövlə kənd sakini, 1991-ci il təvəllüdlü Əhədov Pərviz Mübariz oğludur. Hadisə nəticəsində 1964-cü il təvəllüdlü Qurbanov Fəxrəddin Adil oğlu isə ölüb.
16:42
Biləsuvarda bir neçə minik avtomobilinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Yeni Ələt–Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, avtomobillərin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, bir neçə nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Müxbir- İlkin Adıyev