3 HEKTAR MEŞƏ ZOLAĞI VƏ 23,4 TON QURU OT YANMIŞDIR
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, sentyabrın ilk üç günü ərzində Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş vermiş yanğın nəticəsində Nüsrət Qarayevə məxsus 2,5 ton, Dəvəçidən bir kilometr aralıda yerləşən meşə zolağının 3 hektar sahəsi və rayon bələdiyyəsinə məxsus 2 hektar biçilmiş taxıl zəmisi, həmin rayon sakini Mişdan Məmmədovun 6,4 ton, Sumqayıt şəhərində Sabir Quliyevin 7,5 ton, Qusarın Minəxur kəndində Arxabala Cabbarova məxsus 3 ton, Şəmkirin Keçili kənd sakini Hidayət Əliyevin 2 ton quru otu məhv olmuşdur. Yanğınların səbəbləri və dəyən ziyan müəyyənləşdirilir.