MƏDƏNİYYƏT
“Euronews” telekanalında VI Qara Qarayev Beynəlxalq müasir musiqi festivalı haqqında ətraflı süjet yayımlanıb VİDEO
Bakı, 25 aprel, AZƏRTAC
“Euronews” telekanalında “Lemag” proqramında aprelin 20-dən 24-dək Bakıda keçirilən VI Qara Qarayev Beynəlxalq müasir musiqi festivalı haqqında ətraflı süjet yayımlanıb.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, proqramda görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, nüfuzlu Dmitriy Şostakoviçin tələbəsi olması xüsusi vurğulanır.
Bildirilir ki, bu mötəbər festival hər iki ildən bir keçirilir və müxtəlif beynəlxalq musiqi qrupları təmsil olunur. Həmçinin, “Lemag”da Qara Qarayevin oğlu Fərəc Qarayev, festivalın iştirakçısı olan azərbaycanlı soprano Fəridə Məmmədova və digərlərinin fikirləri yer alıb.
Proqramın sonunda qeyd olunub ki, Qara Qarayev festivalı üç ildən sonra keçiriləcək və bəstəkarın 100 illik yubileyinə həsr olunacaq.
Proqramı aşağıdakı linkə daxil olaraq izləmək mümkündür:
http://www.euronews.com/2015/04/24/favourites-and-hidden-gems-at-baku-s-contemporary-music-festival