İDMAN


“Bakı 2019”: Rusiya millisi qrup hərəkətləri komandalarının çoxnövçülük yarışlarının qalibi olub

Bakı, 21 sentyabr, AZƏRTAC

Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının qrup hərəkətləri komandalarının çoxnövçülük yarışlarının mükafatçıları müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, iki proqramın cəmində 58,700 xal toplayan Rusiya komandası qızıl medal qazanıb. Yaponiya gimnastları 58,200 xalla gümüş medala sahib olublar. Bolqarıstan komandası isə 58,000 xalla çempionatı üçüncü pillədə başa vurub.

Altmış bir ölkədən 300-dən artıq gimnastın çıxış etdiyi çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.