Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

Akademik Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” (XVII əsr - XVIII əsrin ilk dörddəbiri)” kitabı haqqında

Bakı, 19 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” (XVII əsr - XVIII əsrin ilk dörddəbiri)” kitabı “Şərq-Qərb” nəşriyyatında çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan tarixinin, onun dövlətçiliyinin təşəkkülünün, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektlərinə həsr edilmiş çoxsaylı sanballı əsərlər akademik Ramiz Mehdiyevin qələminin məhsullarıdır. Mübaliğəsiz demək olar ki, bu əsərlərin hər birinin nəşri respublikanın elmi həyatında əlamətdar hadisəyə çevrilib, elmi mühitdə və cəmiyyətdə geniş əks-səda doğurub, qızğın müzakirələrə səbəb olub. Bu əsərlərin başlıca xüsusiyyəti şərhin fəlsəfi dərinliyi, elmi yanaşma, ciddi ardıcıllıq və məntiqilik, habelə qaldırılan mövzuların yeniliyi və tarixin az öyrənilmiş səhifələrinə müraciət edilməsidir.

Bu baxımdan, alimin yeni kitabı da istisna deyil. Bu, Qərb dövlətlərinin, habelə Rusiyanın əlində Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm vasitəsinə çevrilmiş Qriqorian kilsəsinin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin dərk edilməsi və ətraflı işıqlandırılması üçün ilk cəhddir. Məsələyə bir qədər geniş yanaşsaq, bu, əzəli Azərbaycan torpaqlarının bir neçə əsr davam edən işğalında Eçmiədzinin roluna, ermənilərin ərazi iddialarının mənbələrinə tamamilə yeni baxışdır. Bu proseslərin dərin təhlili ermənilərin müəllif tərəfindən tutarlı faktlarla təsvir edilən və regiondakı iri dövlətlərin tərkibində həmişə “beşinci kolon” rolu oynamasını şərtləndirən psixoloji portretinə əsaslanır. Akademik R.Mehdiyev yazır: “Ermənilərin tarixindəki faktlar sübut edir ki, satqınlıq, başqa millətdən olan insanları qəbul etməmək ayrı-ayrı epizodlar deyil, konkret məqsədlərə nail olmağa yönəlmiş şüurlu hərəkətlərdir... Bədrəftarlıq onların xarakterinin mühüm cəhətidir”.

Müəllif ermənilərin daha bir səciyyəvi cəhətini - saxtakarlıqlara meyilli olmasını açıb göstərir. Yalan həmişə ermənilərin əsas ideoloji silahı olub. Bu, kitabın birinci fəslində dəqiq göstərilib. Alim faktlara əsaslanaraq erməni mənbələrinin guya Qriqorian kilsəsinin Səfəvilərə qarşı fəaliyyətinin həmin ərazilərdə erməni dövlətinin bərpa edilməsi uğrunda mübarizə ilə bağlı olduğuna dair yalan iddialarını ifşa edir. Müəllif sübut edir ki, həmin ərazilərdə erməni dövləti heç vaxt mövcud olmayıb. Alim, həmçinin erməni tarixçiləri tərəfindən guya Səfəvi hökmdarları arasında “erməni fobiyası”nın mövcud olması, onların erməni əhalini məhv etməsi, ermənilərə İslam dinini zorla qəbul etdirməsi və erməni ruhaniləri sıxışdırması barədə irəli sürülən tezisin də əsassız olduğunu göstərir. Bu halda müəllif elə ermənilərin öz mənbələrinə, o cümlədən orta əsr salnaməçisi Arakel Davrijetsinin, salnaməçi Zəkəriyyə Kenakertsinin, habelə Rusiya və Qərb tədqiqatçılarının əsərlərinə istinad edir. Bu əsərlərdə göstərilir ki, Səfəvi dövlətinin hökmdarları erməni əhaliyə tolerant münasibət bəsləyib, dini etiqad və əmlak münasibətləri məsələlərində onlara tam sərbəstlik verib, onların ticarətlə məşğul olmasına maneçilik törətməyib, uzun müddət Avropa və Rusiya bazarlarına o dövrün ən gəlirli mallarından biri olmuş Azərbaycan ipəyinin praktiki olaraq inhisarçı tədarükçüləri olmasına imkan veriblər. Müəllif yazır: “Bunun müqabilində onlardan (ermənilərdən) yalnız vergiləri vaxtında ödəmək, qanunlara riayət etmək və hakimiyyətin iradəsinə tabe olmaq tələb edilirdi”. Bu başqa məsələdir ki, ermənilər bu cür xeyirxah münasibətin müqabilində adətləri üzrə qədirbilməzlik göstərirdilər.

Kitabın ikinci fəsli çox maraqlı və faktoloji materiallarla zəngindir. Müəllif bu fəsildə Səfəvilər dövlətinin ərazisində özlərinin kəşfiyyat fəaliyyətini dini və diplomatik məqsədlərlə ört-basdır edən katolik missiyalarının yaranması tarixini izləyir. Qərbin agentura şəbəkəsinə cəlb edilən əsas obyektin kim olmasını güman etmək çətin deyil. Müəllif vurğulayır ki, satılmağa hazır olan erməniləri satın alırdılar. Eçmiədzindəki riyakar və satqın strateqlər bu cür əməkdaşlığa xeyir-dua verirdilər. Alimin yazdığına görə, ermənilər Vatikan missionerlərinə nə lazım olduğunu tezliklə anladılar - Səfəvi dövlətinin daxilində əsl “beşinci kolon” formalaşdırmaq. Lakin bu, Qriqorian kilsəsinin dəstəyi ilə ermənilərin qərbli himayədarları ilə ikili oyun oynamalarına mane olmurdu, nəticədə onların arasında vaxtaşırı münaqişə və ziddiyyətlər yaranırdı. Bununla belə, ermənilər XVII əsrin axırlarında Səfəvilər dövləti tənəzzülə uğrayana qədər Vatikan üçün əsas informasiya mənbəyi, Azərbaycan ərazilərinə soxulmaq üçün təsir vasitəsi kimi qalırdılar. Müəllif bu qənaətə gəlir ki, Qriqorian kilsəsinin azərbaycanlılara və türklərə qarşı düşmən və satqın siyasətinin kökləri uzaq keçmişə gedib çıxır və bu nifrətin səhifələrinin çoxu Azərbaycan və Türkiyə torpaqlarında “böyük Ermənistan” yaratmaq arzusu ilə bağlıdır. Alim bu nəticəyə gəlir: “Başqa səbəb yoxdur. Erməni xalqının bütün bəlaları Qriqorian kilsəsi başda olmaqla onun siyasi elitasının satqınlığından irəli gəlir”.

Kitabın üçüncü fəslində Vatikan emissarları və onların erməni əlaltılarına qarşı mübarizədə Səfəvilərin strategiyası və uğurları barədə söhbət açılır. Müəllif qeyd edir ki, Səfəvi hökmdarları onlara xas olan praqmatizm, incə siyasi duyum sayəsində maraqların gizli müharibəsində, o cümlədən erməni kilsəsinə nəzarət məsələsində avropalı strateqləri üstələməyə nail olub, özlərindən Osmanlı Türkiyəsinə qarşı alət kimi istifadə edilməsinə imkan verməyiblər. Müəllif Qriqorian kilsəsi ilə Moskva dövləti arasında gizli siyasi əlaqələr məsələsinə xüsusi diqqət yetirir, göstərir ki, erməni ruhanilər XVII əsrin ikinci yarısından başlayaraq Qərbdə öz siyasi tədbirləri uğursuzluğa düçar olacağı halda Moskva dövlətini alternativ himayədar hesab etməyə başladılar. Həmişə “fərasətli” olmaları ilə fərqlənən ermənilər Səfəvilər dövlətinin zəifləməsini və Xəzər regionunda, Qafqazda öz mövqelərini möhkəmlətməyə çalışan Rusiyanın güclənməsini hiss edərək öz prioritetlərini kəskin şəkildə dəyişdilər, nəzərlərini şimala yönəltdilər. Onlar öz xidmətləri müqabilində ciddi iqtisadi preferensiyalar, ən başlıcası - özlərinin ilhaqçı planlarına dəstək alırdılar.

Müəllif qeyd edir ki, Qərb və Rusiya diplomatiyası tarixində XVII-XVIII əsrlərdə erməni ruhanilər və erməni icması ilə qarşılıqlı fəaliyyət regiondakı müsəlman dövlətini zəiflətmək üçün erməni kartından separatizm aləti kimi istifadə edilməsi sahəsində ilk təcrübə olub. Tarixin sonrakı dövrlərində bu kartdan dəfələrlə istifadə olunub, o, bu və ya digər konkret maraqlara və məqsədlərə xidmət edib. Məsələn, XX əsrin əvvəlində Osmanlı İmperiyasının süqutunda erməni amili heç də sonuncu rol oynamayıb. Ermənilər İranı və Azərbaycanı daxildən zəiflətməklə Çar Rusiyası tərəfindən həm Azərbaycan xanlıqlarının, həm də bütün Qafqazın işğal edilməsinə şərait yaradıblar. Müəllif yazır: “XX əsrin əvvəlində ermənilər özlərinin satqınlığı və “beşinci kolon” rolu müqabilində Azərbaycanın tarixi torpaqları hesabına Cənubi Qafqazda müstəqil dövlət yaradılması ilə mükafatlandırıldılar”.

Akademik R.Mehdiyevin başqa əsərlərində olduğu kimi, onun yeni kitabında da müəllifin vətəndaşlıq mövqeyi aşkar görünür. Alim əmindir ki, əgər tarixi öyrənməsək və ondan lazımi dərs almasaq, o, təkrarlanma xassəsinə malikdir. Müəllif yazır: “Əsla mübaliğə etmədən faktlar belə deməyə əsas verir ki, həmin dövrdə Səfəvilər dövlətinin ətrafında baş vermiş bir çox proseslər bu gün Azərbaycana münasibətdə müşahidə etdiklərimizlə çox oxşardır. Bu proseslər əvvəlki əsrlərdə baş vermiş və ölkəmizin vətəndaşlarının əksəriyyətinə hətta ümumi şəkildə də məlum olmayan hadisələrin bir növ davamıdır. Tarix absurd teatrında tamaşa şəklində təkrarlanır. Bu, tarixdən lazımi dərs alanlar üçün gələcək təhlükələrin və itkilərin qarşısını almağa kömək edir, bu dərsləri mənimsəmək iqtidarında olmayanlar üçün isə keçmişin müasir “don geydirilmiş” hadisələri yeni faciəyə çevrilə bilər, özü də bu, təkcə Cənubi Qafqaz regionuna aid deyil”.

Alim bu baxımdan hər bir xalq üçün öz tarixini bilməyin vacibliyini vurğulayır. Müəllifin haqlı olaraq vurğuladığı kimi, öz keçmişini bilməyən, öz düşmənləri və ənənəvi problemləri ilə tanış olmayan millət özünü başa düşmək və müdafiə etmək iqtidarında olmur. Görkəmli alimin Vətənimizin tarixində az məlum olan və az işıqlandırılmış səhifələrə müraciət etməsi, şübhəsiz, bunu dərindən duymasından, öz millətinin taleyinə görə məsuliyyət hissindən irəli gəlir.

Akademik Ramiz Mehdiyevin yeni kitabının məziyyətləri arasında daha bir məqamı xüsusi qeyd etmək istərdik: yetərincə mürəkkəb elmi material mükəmməl və anlaşılan üslubda şərh edilib. Kitabın sırf elmi əsər olmasına baxmayaraq, o, populyar və sadə dildə yazılıb. Fikirlərin səlisliyi, ifadələrin obrazlılığı oxucunu cəlb edir. Ona görə də kitab, necə deyərlər, maraqlı bədii əsər kimi, praktiki olaraq birnəfəsə oxunur.

Bu mövzu üzrə xarici arxiv mənbələrindən istifadə imkanının məhdud olması R.Mehdiyevin həqiqətən sanballı elmi əsər yaratmasına mane olmayıb. Əminliklə demək olar ki, bu kitab Azərbaycan tarixşünaslığında yeni səhifə açacaq. Həqiqətən, müəllif özünün yeni kitabı ilə azərbaycanlı tarixçi alimlərə ölkəmizin uzaq və yaxın keçmişinin tədqiqinə necə yanaşmaq lazım olması nümunəsi göstərir, böyük diqqət tələb edən əsas istiqamətləri müəyyənləşdirir və problemlərin üzərinə işıq salır. Sırf elmi materialın şərh edilməsi ilə kifayətlənməyən alim respublikada humanitar elmlərin taleyinə görə narahatlıq keçirir, qeyd edir ki, bu elmlər təhlil, obyektiv tənqid metoduna keçməli, gərəksiz pafosa, sözçülüyə son qoyulmalıdır. Akademik R.Mehdiyev kitaba sözardında yazır: “Hər hansı xalqın və dövlətin tarixinin yazılması intellektual və vicdanlı yanaşma tələb edir, bu prosesdə emosiyalara və şəxsi qənaətlərə yer yoxdur. Bu baxımdan Azərbaycan tarixi istisna ola bilməz”. O əmindir ki, tədqiqatçılar ölkəmizin tarixinin ən mürəkkəb və problemli məsələlərini qaldırmalı, artıq çeynənilmiş, özünün praktiki və elmi əhəmiyyətini çoxdan itirmiş mövzu və problemləri bir kənara atmalıdırlar. Praktik-alim göstərir ki, bu cür problemlər təkcə Səfəvilər dövlətinin deyil, Qafqaz Albaniyasından başlamış Azərbaycan Xalq Cümhuriyyətinə qədər Azərbaycan ərazisində mövcud olmuş digər dövlətlərin tarixində də çoxdur.

Akademik Ramiz Mehdiyev humanitar elm sahələrində çalışan Azərbaycan alimlərini müasir tədqiqat metodikasını daha fəal mənimsəməyə çağırır. O xəbərdarlıq edir ki, əks halda “elmimizin rəqabətə davam gətirməsi və Azərbaycan xalqının tarixi və mədəni irsini yenidən yazmaqda, özlərinin xeyrinə təhrif etməkdə və mənimsəməkdə maraqlı olan qüvvələrin güclü, ardıcıl təbliğatına qarşı dözüb dayanması çox çətin olacaq”. Əgər müasir terminologiya ilə desək, bu kitab ölkəmizin tarixini araşdırmaqla məşğul olan Azərbaycanın humanitar alimləri üçün “Yol xəritəsi” ola bilər. Ona görə ki, alimin vurğuladığı kimi, tarixin öyrənilməsinə bu cür münasibət formalaşmayınca “bizim tarixi yaddaşımız beləcə qısa və səthi səviyyədə qalacaq”. Bu fikri bundan yaxşı ifadə etmək mümkün deyil!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ ordusu İrana gedən tankeri zərərsizləşdirib

İranda 4,9 bal gücündə zəlzələ baş verib

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

Polis şadlıq saraylarından birinin qarşısında baş verən insidentlə bağlı açıqlama verib

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH