Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək
Bakı, 9 iyun, AZƏRTAC
İsrail İrana qarşı hücumları dayandırıb, lakin Tehranın mümkün gələcək hücumlarına cavab vermək hüququnu özündə saxlayır.
AZƏRTAC xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu televiziya ilə yayımlanan müraciətində bildirib.
“Hazırda atəşkəs qüvvədədir. Çünki Tehrandakı rejimə zərbələr endirdikdən sonra onlar bizə hücum etməyi dayandırdılar. Əgər İran rejimi yenidən bizə hücum etmək kimi səhvə yol versə, bütün gücümüzlə cavab verəcəyik”, – deyə Netanyahu vurğulayıb.
Baş nazir bunu ölkəsinin özünümüdafiə hüququ ilə əsaslandıraraq bildirib ki, bu mövqeyi ABŞ Prezidenti Donald Trampa da çatdırıb.
“İsrailin özünümüdafiə hüququ var və biz bu hüquqdan zərurət yarandıqda istifadə edəcəyik”, – deyə Netanyahu vətəndaşlara müraciətində qeyd edib.
O, həmçinin İranın və onun Livandakı müttəfiqi olan “Hizbullah”ın əvvəlki dövrlərlə müqayisədə daha zəif vəziyyətdə olduğunu, İsrailin isə daha güclü mövqeyə malik olduğunu iddia edib.
“Lakin onlara qarşı mübarizəmiz hələ başa çatmayıb. Son 24 saat ərzində İran və “Hizbullah” bizə yeni reallıq qəbul etdirməyə çalışdılar. Bu isə mənim üçün qəbuledilməzdir. Onlar düşünürdülər ki, Livandan və İrandan İsrailə atəş açacaqlar, biz isə buna cavab verməyəcəyik. Bu baş verməyib və bundan sonra da baş verməyəcək”, – deyə Netanyahu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [16:35]
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır
- 08.08.2026 [13:27]
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
- 08.08.2026 [08:37]
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
- 08.08.2026 [08:21]
Böyük Britaniyada enerji borcları rekord həddə çatıb
- 08.08.2026 [06:06]
Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:38]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [17:37]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:30]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:28]
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib
- 07.08.2026 [17:17]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [17:12]