Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
Qahirə, 8 iyun, AZƏRTAC
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin hazırkı mərhələdə əsas prioritetinin milli təhlükəsizliyin möhkəmləndirilməsi və xalqın əmin-amanlığının təmin edilməsi olduğunu bəyan edib.
AZƏRTAC “əl-Cəzirə”yə istinadla xəbər verir ki, İran Prezidenti diplomatiya və müdafiənin milli gücün iki əsas dayağı olduğunu bildirib. O vurğulayıb ki, İran nə meydandakı mövqeyini tərk edib, nə də danışıqlar masasından geri çəkilib.
Məsud Pezeşkian qeyd edib ki, İran birlik və rasional yanaşma sayəsində bu sınaqdan da başıuca çıxacaq.
Prezident əlavə edib ki, İran xalqın hüquqlarını qətiyyətlə müdafiə etməyə davam edəcək və heç bir təhdid qarşısında geri çəkilməyəcək.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]