Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır
Astana, 8 iyun, AZƏRTAC
Qazaxıstanın Energetika Nazirliyi, “Milli Geologiya Xidməti” ASC və “Shell Qazaxıstan” şirkəti karbohidrogenlər üzrə məlumatların öyrənilməsi və təhlili sahəsində əməkdaşlığa dair memorandum imzalayıblar.
AZƏRTAC Qazaxıstan Energetika Nazirliyinə istinadla xəbər verir ki, əməkdaşlıq çərçivəsində ilk addım kimi müasir coğrafi informasiya sisteminin yaradılması üzrə pilot layihəyə start veriləcək.
Tərəflər əsas diqqəti qabaqcıl beynəlxalq təcrübənin mənimsənilməsinə və geoloji arxiv materiallarının rəqəmsallaşdırılmasına yönəldiblər. Memorandum mütəxəssislərin birgə hazırlığına və yeraltı sərvətlərin fundamental tədqiqinə imkan yaradan əməkdaşlıq platforması formalaşdırır.
Rəqəmsallaşdırmanın ölkənin resurs potensialının daha dolğun qiymətləndirilməsinə şərait yaradacağı və sahənin investisiya cəlbediciliyini artıracağı bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]
Zelenski Trampla Nyu-Yorkda görüşəcək
- 20.09.2026 [23:30]
Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib
- 20.09.2026 [22:56]
Üzüm, şərab və musiqi - Şamaxıda rəngli festivaldan FOTOLAR
- 20.09.2026 [22:17]
Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub
- 20.09.2026 [22:14]
Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib
- 20.09.2026 [21:31]