SİYASƏT


DÖVLƏT TƏLTİFLƏRİ TƏQDİM EDİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, Ədliyyə Nazirliyndə dövlət başçısının 12 yanvar 1999-cu il tarixili Fərmanına əsasən “İgidliyə görə” medalı ilə təltif edilmiş bir qrup ədliyyə işçisinə həmin təltiflərin təntənəli təqdim edilməsi mərasimi keçirilmişdir.

Tədbir milli dövlətçiliyimizin qurucusu və xilaskarı Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.

Çıxış edən ədliyyə naziri Fikrət Məmmədov ağır cinayətin qarşısının alınmasında şücaətə görə bir qrup ədliyyə işçisinin ümummilli liderimiz Heydər Əliyev tərəfindən təltif edilməsinin böyük etimad və dövlətçiliyin qorunması işinə verilən yüksək qiymətin təzahürü olduğunu bildirmiş, Heydər Əliyevin parlaq ideyalarının və müəyyən etdiyi inkişaf yolunun dövlətimizin başçısı İlham Əliyevin qəti və prinsipial mövqeyi ilə layiqincə davam etdirildiyini vurğulamışdır.

Ədliyyə nazirliyi mühafizə alayının hərbi qulluqçuları tədbirdə çıxış edərək onlara dövlət təltiflərinin ölkəmizin Prezidentinin tapşırığı ilə təntənəli təqdim olunmasına görə minnətdarlıqlarını bildirmiş, bunu Azərbaycan Silahlı Qüvvələrində şərəflə xidmət edənlərə cinayətkarlıqla mübarizədə fərqlənənlərə xüsusi diqqət və qayğının təzahürü olduğunu qeyd etmiş, Azərbaycan dövlətinin qorunması inkişafı və daha da möhkəmləndirilməsi, qanunçuluğun təmin edilməsi naminə əllərindən gələni əsirgəməyəcəklərini bildirmişlər.

Sonra mərasim iştirakçıları tərəfindən xalqımızın dünya siyasətinə bəxş etdiyi bənzərsiz və nadir şəxsiyyət Heydər Əliyevin məzarı ziyarət edilmiş, onun əziz xatirəsi ehtiramla yad olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.