CƏMİYYƏT
Dövlət Komitəsində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
![](/files/galleryphoto/2023/1/1200x630/16788055466301747616_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1678805546483442662_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1678805546487702314_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1678805546899536266_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16788055463927324105_1200x630.jpg)
Bakı, 14 mart, AZƏRTAC
Martın 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Prezident İlham Əliyevin apardığı mükəmməl siyasi xəttin ölkəmizin hərtərəfli və davamlı inkişafını, bütün sosial layihələrin ardıcıl icrasını təmin etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi üçün zəruri tədbirlər görülür. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xüsusi diqqət və qayğı göstərdiyi, bu sahədə mühüm işlər gördüyü qeyd edilib.
Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.
Komitə sədrinin qəbulunda əksəriyyəti məcburi köçkün olan əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətləri dinlənilib, sualları cavablandırılıb və müvafiq qaydada qeydə alınıb. Vətəndaşlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.