İQTİSADİYYAT


Enerji Məsələlərinin Tənzimlənməsi üzrə İşçi Qrupunun iclası keçirilib

Bakı, 11 mart, AZƏRTAC

Azərbaycan Respublikası Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək layihəsi çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə cəlb edilmiş ekspertlər tərəfindən təqdim edilən təkliflərin müzakirəsi, hüquqi aktların layihələrinin və digər sənədlərin mütəmadi təkmilləşdirilməsi üçün tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılmış İşçi Qrupunun iclası keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi idarə heyətinin sədri Samir Axundov agentliyin fəaliyyətini daha təkmil formada həyata keçirilməsi üçün qabaqcıl təcrübələrə istinadın vacibliyini qeyd edib.

Tədbirdə Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azəriqaz” İB, “Azəristiliktəchizat” ASC, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrindən ibarət İşçi Qrupu üzvlərinin qarşıda duran hədəflərə effektiv nail olunması istiqamətindəki təklifləri müzakirə olunub.

Qeyd edək ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyəti üçün tələb olunan hüquqi və institusional islahatların işlənib-hazırlanması və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankının “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsinin icraçısı “DNV GL” şirkətidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.