ELM VƏ TƏHSİL


Fiziologiya İnstitutunun əməkdaşları Oxçuçayda monitorinq işlərinin aparılmasında iştirak ediblər

Bakı, 1 avqust, AZƏRTAC

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşları Zəngilan rayonunda ezamiyyətdə olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, ekspedisiyada Ekotoksikologiya laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru Qriqoriy Palatnikov və həmin laborant Sovet Hümbətov Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış işçi qrupun tərkibində Oxçuçayda fiziki-kimyəvi və bioloji monitorinq işlərinin aparılmasında iştirak ediblər. Oxçuçay hövzəsində planlaşdırılan kompleks elmi-tədqiqat işləri çərçivəsində transsərhəd çirklənmənin qiymətləndirilməsi, torpaq və su ehtiyatlarına təsiri, su və quru canlılarının fizioloji durumunun öyrənilməsi üçün lazımi materiallar əldə edilib. Hazırda işçi qrupunda təmsil olunan müvafiq tədqiqat müəssisələrində, o cümlədən Fiziologiya İnstitutunda bu materialların analizi həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.