SİYASƏT
Müasir müstəqil Azərbaycanın tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Bakı, 12 dekabr, AZƏRTAC
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının dahi oğludur. Xalqımız onun xatirəsini daim uca tutacaqdır.
Bu sözləri Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət etməyə gəlmiş təqaüdçü Sara Kazımova AZƏRTAC-a müsahibəsində deyib.
S.Kazımova vurğulayıb ki, Ulu Öndər Azərbaycanın tərəqqisi, inkişafı naminə misilsiz işlər görüb. Dahi rəhbərimiz xilaskarlıq missiyasını yerinə yetirərək respublikanın ən ağır günlərində həyatını təhlükə qarşısında qoyaraq xalqımızın yanında olub, vətəndaş müharibəsinin qarşısını alıb. Onun uzaqgörənliyi sayəsində xalqımız fəlakətlərdən qurtarıb, müstəqil dövlətimiz isə iqtisadi inkişaf yoluna qədəm qoyub.
Bu gün sadə bir vətəndaş kimi Ulu Öndərin məzarını ziyarətə gəlmişəm. Allah onun ruhunu şad etsin!