Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Pivəbişirmənin çiçəklənməsi və ya Azərbaycanda ən müasir pivə zavodunun yaranması haqqında

Hekayənin davamı. Başlanğıc: “Neft bumu və almanlar: Azərbaycanda “narıncı qızıl” necə meydana gəldi”; “Əsrin əvvəlindəki rekord və ya Bakının Zığ qəsəbəsinin pivəbişirmə mərkəzinə çevrilməsi haqqında”

Azərbaycanın pivəbişirmə tarixi haqqında danışmağa davam edirik. Yeni məqaləmizdə bu sənayenin ötən əsrin ikinci yarısındakı inkişafı haqqında danışacağıq.

XX əsrin 1960-1970-ci illəri. Bu dövrdə SSRİ -nin bir hissəsi olan Azərbaycan sənayenin inkişafında gerçək bir bum yaşadı. Respublikada yeni müəssisələr açıldı ki, onların bəziləri İttifaq ərazisində ilk və tək idi. Təsəvvür etmək çətindir. Amma statistikaya görə, təkcə 1941-1970-ci illərdə Azərbaycan SSRİ-də 146 iri sənaye müəssisəsi tikilib istifadəyə verilmişdi. Bununla da, ağır sənaye, energetika, kimya, neft-kimya, neft emalı, qara və əlvan metallurgiya, cihazqayırma və elektrik mühəndisliyi kimi sahələrin inkişafının əsası qoyulmuşdu. Sənaye istehsalına görə respublika birinci yerdə dayanırdı.

Eyni zamanda, qida sənayesi də inkişaf edirdi, xoşbəxtlikdən bunun üçün münbit şərait var idi, çünki bu sənaye həmişə ənənəvi olmuşdu və yalnız daxili tələbatı ödəmək üçün deyildi, həm də ixracda əhəmiyyətli paya sahib idi. Bu səbəbdən də bu seqmentdə yeni müəssisələrin açılması iqtisadi inkişaf strategiyasının bir hissəsinə çevrildi. Onların arasında spirtli içkilər də daxil olmaqla, içkilər istehsal edən müasir fabriklər də var idi və bu təəccüblü deyil, axı, məsələn, nəinki şərabçılıq, həm də pivəbişirmə bu dövrə qədər artıq ənənəvi bir sənayeyə çevrilmişdi və pivə kimi bir içki lazımi şöhrəti qazana bilmişdi. Üstəlik, bu müddət ərzində Azərbaycan pivəçiliyi özünün ən yüksək inkişaf dövrünü yaşadı. Eyni tendensiya bütün İttifaqda müşahidə edildi. Müntəzəm olaraq yeni pivə növləri meydana çıxırdı, pivə istehsalçıları sınaqlarını davam etdirirdilər, butulka pivə populyarlıq qazanmağa başlayırdı. Qısa müddətdə butulka pivə süzülmə pivənin satış üstünlüyünü ələ keçirdi. O, demək olar ki, rəflərdə qalmırdı - bir göz qırpımında satılırdı.

Yeni çağırışlar - yeni müəssisə

Ötən əsrin 60-70-ci illərində. Azərbaycan SSR-də kiçik zavodlarla yanaşı ən böyük pivə zavodu olan Zığ zavodu da çalışırdı. Ancaq mövcud şərtlər daxilində bu zavod ölkənin durmadan artan tələbatını ödəmək gücündə deyildi. Bundan əlavə, müəssisənin texniki təchizat səviyyəsi də bütün tələblərə cavab vermirdi. Ona görə də bu dövrdə Azərbaycan ərazisində yeni-yeni pivə zavodları açılmağa başladı. Onlardan biri də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yeganə olan Əsgəran alkoqolsuz pivə zavodu idi.

Göründüyü kimi, pivəbişirmə məkanlarının coğrafiyası olduqca geniş idi. Təəssüf ki, bu gün həmin dövrdə pivə istehsalının həcmi haqqında dəqiq məlumat yoxdur. Bu səbəbdən də pivə sənayesinin inkişaf səviyyəsi haqqında dəqiq nəsə demək mümkün deyil. Mövcud müəssisələrin pivəyə olan tələbatı nə dərəcədə ödədiyini də qiymətləndirmək çətindir. Çox güman ki, istehsal həcmi kifayət qədər deyildi, əks halda regionların birində deyil, məhz paytaxtın yaxınlığında keyfiyyətcə yeni bir pivə zavodunun tikilməsi barədə məsələ qaldırılmazdı. 1969-cu ildə Azərbaycan SSRİ-də ən böyük pivə zavodu istifadəyə verildi. O, Bakıdan 10 kilometr aralıda, Xırdalan qəsəbəsində (hazırda şəhər, Azərbaycanın Abşeron rayonunun inzibati mərkəzi) tikilmişdi.

O vaxt zavod Bakı-Pivə istehsal birliyinə məxsus idi və SSRİ-dəki ən böyük altı pivə zavodundan biri idi.

1997-ci ildə zavod Fransanın “Group Castel” konserninin idarəçiliyinə keçdi və iki il sonra zavodda genişmiqyaslı yenidənqurma işləri başa çatdırıldı. İllik istehsal gücü 6 milyon dekalitr olan və bu həcmi 10 milyon dekalitrə çatdırmaq imkanına malik olan “Bakı Kastel” zavodu 2000-ci ildə açıldı. Rəsmi açılışda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də iştirak etmişdi. Bu müəssisədə məşhur Xırdalan pivəsinin istehsalına başlandı. 2008-ci ilə qədər şirkətin məhsulları Azərbaycan pivə bazarının 70 faizdən çoxunu tuturdu.

2008-ci il mayın 15-də “Baltika” şirkəti və “Brasseries Internationals Holding” (Eastern) Ltd (BIH Eastern) bu zavodun satın alınması barədə müqavilə imzaladı. O, Baltika şirkətinin tərkibinə daxil edildi və 2009-cu ilin əvvəlindən etibarən Baltika-Baku adlandırılmağa başladı. Müəssisə hazırda “Carlsberg Group”un bir hissəsidir.

Məlumat üçün. “Carlsberg Group”un əsası 1847-ci ildə qoyulub və hazırda dünyanın ən böyük pivə istehsalçılarından biridir. Şirkətin qərargahı Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. “Carlsberg Group”un dünyanın üç böyük bölgəsi - Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində zavodları var və məhsulları 150 ölkədə təmsil olunur. Şirkətin məhsul portfelində 140-dan çox pivə markası var. “Carlsberg Group” işçilərinin ümumi sayı 42 min nəfərdən çoxdur.

Şirkət Xırdalandakı zavodun yenilənməsinə və modernizasiyasına 20 milyon dollar sərmayə qoyub. Dəyişikliklər demək olar ki, bütün istehsal sahələrini və pivəbişirmənin, filtrasiyanın bütün mərhələlərini əhatə edib - demək olar ki, bütün zavod yenidən təchiz edilib. 2009-cu il mayın 20-də Xırdalan şəhərindəki yenidənqurmadan sonra Baltika-Bakı zavodunun təntənəli açılışı baş tutub. 2017 -ci ildə “Carlsberg Group”a daha çox inteqrasiya planı çərçivəsində şirkətin adı “Carlsberg Azərbaycan” olaraq dəyişdirilib. Bu gün zavodun istehsal gücü ildə 8 milyon dekalitr təşkil edir. Şirkətdə təxminən 250 nəfər çalışır və əlaqəli sahələrdə (təchizatçılar, pərakəndə satış, otel sektoru) 3000-dən çox iş yeri açılıb. Şirkətin zavodun inkişafına qoyduğu investisiyaların ümumi məbləği təxminən 60 milyon manat, büdcəyə vergi ödənişlərinin illik məbləği isə təxminən 30 milyon manatdır. Şirkətin məhsul portfelinə “Xırdalan”, “Carlsberg”, “Baltika”, “Əfsanə”, “Kronenbourg 1664 Blanc”, “Seth & Riley's Garage” və sair kimi məşhur markalar daxildir.

Bundan başqa, 2021-ci il mayın 18-də İqtisadiyyat Nazirliyi və “Carlsberg Azərbaycan” arasında anlaşma memorandumu imzalanıb ki, bu müqaviləyə əsasən “Carlsberg Azərbaycan” 2021-2025-ci illər ərzində pivə istehsalının inkişafına 25 milyon manatdan çox (14,7 milyon dollardan çox) sərmayə qoyacaq. Vəsait xammal bazasının lokalizasiyasına, müəssisənin modernləşdirilməsinə, itkilərin azaldılmasına, əmək təhlükəsizliyinin yaxşılaşdırılmasına və yerli pivənin ixracının təşkilinə yönəldiləcək.

Amma hər şey bununla bitmir. Müəssisə fəal şəkildə xammal bazasının lokalizasiyası kimi vacib bir vəzifənin həyata keçirilməsinə köklənib. Bu istiqamətdə “AzərŞəkər” şirkəti ilə əməkdaşlıq edilir. Bu ilin iyun ayında, pivə arpasının yığımı baş tutub. Müvafiq laborator analizlərdən sonra zavod, flaqman marka Xırdalanın Azərbaycan arpasından hazırlanan ilk partiyasını təqdim edəcək. 2022-2023-cü illərdə yerli xammala tam keçid planlaşdırılır. Beləliklə, Xırdalan markası “Made in Azerbaijan” brendinə tam uyğunlaşacaq.

Azərbaycanda pivəbişirmə haqqında məqalələr silsiləsi, “Carlsberg Azerbaijan” şirkətinin dəstəyi ilə Dövlət Arxivinin, “Kaspi” qəzetinin, “www.ourbaku.com” və vikipediya saytlarının və Südabə Zeynalovanın “Azərbaycanda alman koloniyaları” kitabının materialları əsasında hazırlanıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarın sağlam qida brendi ilə tanış olublar

Sulutəpə dairəsi istiqamətində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb

Gəncə Dövlət Milli Dram Teatrında “İsi və Piti” animasiya serialının premyerası olub

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Gəncənin Şah Abbas məscidini ziyarət

Dünya birjalarında neft bahalaşıb

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində olublar

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublar

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksini və Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər

Tailandda parlament seçkiləri keçirilir

Milanda polislə etirazçılar arasında toqquşmalar baş verib

Yaponiyada parlament seçkiləri keçirilir

Aralıq dənizində 5 maqnitudalı zəlzələ baş verib

Mbappe PSJ-dən 6 milyon avro tələb edir

Azərbaycan karateçiləri Kiprdə keçirilən Avropa birinciliyində 4 bürünc medal qazanıblar

Paris bələdiyyə seçkiləri: Lökornü Datidən gələn həftənin sonunadək hökumətdən getməsini istəyib

İspaniya səkkizinci dəfə qitə çempionu olub

"Mançester Yunayted"dən ardıcıl 4-cü qələbə, "Qarabağ"ın rəqibi evdə uduzub

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayıb

İsmayıllıda istirahət mərkəzində baş verən yanğın söndürülüb-YENİLƏNİB

Elektron siqaretin görünməyən təhlükələri VİDEO

Elektron siqaretin görünməyən təhlükələri VİDEO

Azərbaycan pəhləvanı Türkiyədə qar üzərində güləş turnirinin qalibi olub

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir

Azərbaycan cüdoçusu “Böyük Dəbilqə” turnirinin qalibi olub

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib

Güləş üzrə U-20 Azərbaycan çempionatı başa çatıb

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb

Bolqarıstan Sosialist Partiyasının sədri istefa verib

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb

Bədii rəhbər: 90 illik yubileyini qeyd edən Xor kollektivi səhnəyə kino musiqisi ilə çıxacaq

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB VİDEO

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - təlim

Media: ABŞ-ın Tayvana silah satışı Donald Trampın Çinə səfərini qeyri-müəyyən edir

Azərbaycan sumo güləşçisi ilk dəfə Yaponiyada Hakuho kubokunda yarışıb VİDEO

Azərbaycan sumo güləşçisi ilk dəfə Yaponiyada Hakuho kubokunda yarışıb VİDEO

Sudanda silahlıların hücumu nəticəsində 24 nəfər həlak olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib

Tərtər sakini narkotikə görə həbs olunub

Naxçıvanda Tumbul kəndinə qazın verilişi müvəqqəti dayandırılacaq

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

Şəmkirdə ötən il baş vermiş qətlin üstü açılıb

Səudiyyə Ərəbistanı Suriya ilə yeni investisiya müqavilələri imzalayacaq

İşsizlik müavinətinin azaldılması finlərin gəlirlərini aşağı salıb

Qazaxıstanın yeni Konstitusiyasının layihəsi vətəndaşların təklifləri əsasında tamamlanır

Gürcüstan Prezidenti: Ümidvaram ki, ABŞ-la münasibətlərimiz dinamik şəkildə davam edəcək

AAYDA-nın İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

At ətini mal əti adı altında satmaq istəyən şəxslər saxlanılıb VİDEO

At ətini mal əti adı altında satmaq istəyən şəxslər saxlanılıb VİDEO

Nəsimi rayonunda 3,5 kiloqramdan çox narkotik vasitə aşkarlanıb VİDEO

Nəsimi rayonunda 3,5 kiloqramdan çox narkotik vasitə aşkarlanıb VİDEO

Astarada torpaq sürüşməsi: Pensərçayda beton bəndlər çöküb

Sabahın hava proqnozu açıqlanıb

Şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Festival iştirakçısı: Bu təəssüratı yaşamaq insana çox böyük fərəh hissi verir VİDEO

Festival iştirakçısı: Bu təəssüratı yaşamaq insana çox böyük fərəh hissi verir VİDEO

Türkiyə Suriyanın enerji sektoruna investisiyalarda həlledici rol oynayacaq

Rusiya yenidən Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib

İsveçdə immiqrasiya qaydalarının geri tarixlə tətbiqi planlaşdırılır

Ötən ay gecikdirilmiş 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Müəssisələrdə texniki təhlükəsizliyin təmin edilməsinin vacibliyi təbliğ olunub

Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər edəcək

Salyan sakini itkin düşüb

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

“Qış nağılı” festivalının iştirakçısı: Belə gözəl ab-havada çıxış etmək çox xoşdur VİDEO

“Qış nağılı” festivalının iştirakçısı: Belə gözəl ab-havada çıxış etmək çox xoşdur VİDEO

FHN: Daha bir qanunsuz tikili sökülüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Mahir Tağızadə: Qəbələ festivalında musiqi, incəsənət və qışın sehri birlikdə yaşanır VİDEO

Mahir Tağızadə: Qəbələ festivalında musiqi, incəsənət və qışın sehri birlikdə yaşanır VİDEO

Albaniya Baş nazirinin müavini məhkəmə qərarı ilə vəzifədən uzaqlaşdırılıb

Yol polisi: Yollarda diqqətsizlik ağır nəticələrə yol aça bilər

ABŞ BMT-yə üzvlük haqqını ödəyəcək

Enerji böhranına görə Kubada ciddi qənaət həyata keçirilir

“Axios”: Ağ Ev Sülh Şurası liderlərinin görüşünü keçirməyi planlaşdırır

Yanvarda qlobal ərzaq qiymətləri dəyişib

Tramp: İranla çox yaxşı danışıqlar apardıq

Fransada müflis olan müəssisələrin sayı artıb

“Saudia Airlines” 150 təyyarə almağı planlaşdırır

Assosiasiya: 2026-cı ildə dünyada 1 milyard dollarlıq yarımkeçirici satılacaq

AEBA: Ukraynanın enerji şəbəkəsinə hücumların güclənməsi riskləri artırır

Qazaxıstanın yeni Konstitusiya layihəsi ilə bağlı əhalidən 4 mindən çox rəy daxil olub

İtaliyada XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib

Macarıstanın MOL neft-qaz şirkəti yeni obyekti istismara verməyə hazırlaşır

Mahir Məmmədov: Növbəti il ölkə çempionatının mükafat fondunun artırılması nəzərdə tutulub

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub VİDEO

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub VİDEO

Almaniyada sərvət vergisi büdcəyə 140 milyard avrodan çox gəlir gətirə bilər

Rauf Məmmədov: Ölkə çempionatı gənc şahmatçılar üçün yaxşı sınaq olacaq VİDEO

Rauf Məmmədov: Ölkə çempionatı gənc şahmatçılar üçün yaxşı sınaq olacaq VİDEO

“Xatirələr sahilində” sənədli filmi nümayiş olunub VİDEO

“Xatirələr sahilində” sənədli filmi nümayiş olunub VİDEO

Macarıstan videooyunların hazırlanmasına çoxmilyardlı investisiya elan edib

Musiqi ilə aşılan sərhədlər: Qəbələdə autizmli pianoçunun konserti olub VİDEO

Musiqi ilə aşılan sərhədlər: Qəbələdə autizmli pianoçunun konserti olub VİDEO

Auditor fəaliyyətində keyfiyyətin yüksəldilməsi ilə bağlı iclas keçirilib

Azərbaycan şahmatçısı: Ötənilki uğursuzluğu bu dəfə kompensasiya etmək istəyirəm

QMİ sədri Əbu-Dabidə bir sıra görüşlər keçirib

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Masallıda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib

Ukrayna Prezidenti: Bəzi bölgələrdə Hərbi Hava Qüvvələrinin işi qənaətbəxş deyil

Mühacirətdə - fikir və missiya: seçim, yoxsa zərurət

Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib VİDEO

Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib VİDEO

Çin saxta xidmətlər yaradan şirkətləri cərimələyib

Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndələri Gürcüstanda səfərdədirlər