Çin saxta xidmətlər yaradan şirkətləri cərimələyib
Bakı, 6 fevral, AZƏRTAC
Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası istifadəçiləri aldatmaq məqsədilə özlərini “OpenAI” şirkətinin “ChatGPT” xidməti və “DeepSeek” kimi təqdim edən bir sıra şirkətləri cərimələyib.
AZƏRTAC “South China Morning Post”a istinadla xəbər verir ki, bu addım süni intellekt sektorunda haqsız rəqabətə və intellektual mülkiyyətin mənimsənilməsinə qarşı mübarizə çərçivəsində görülən növbəti tədbir olub.
Çinin bazar tənzimləyicisi “Shanghai Shangyun Internet Technology” şirkətini “WeChat” supertətbiqində saxta “ChatGPT” xidmətini işə saldığına görə 62 692 70 yuan (9034 dollar) məbləğində cərimələyib. Sözügedən tətbiq “Tencent Holdings” şirkətinə məxsusdur.
Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyasının yaydığı bəyanata görə, xidmət özünü “OpenAI”nin çat-botunun rəsmi Çin versiyası kimi təqdim edib və istifadəçiləri süni intellektlə dialoqlara görə ödəniş etməyə sövq etməklə Çinin haqsız rəqabətə qarşı qanunvericiliyini pozub.
Digər halda “Hangzhou Boheng Culture Media” şirkəti “DeepSeek-in lokal yerləşdirilməsi”ni təklif edən icazəsiz veb-sayt yaratdığı və istifadəçiləri saxta xidmətə görə aldadaraq ödəniş etməyə məcbur etdiyi üçün 30 min yuan (4323 dollar) məbləğində cərimələnib. Saxta saytda “DeepSeek”in rəsmi platforması ilə demək olar ki, eyni şriftlərdən, ikonkalardan və səhifərinin dizaynından istifadə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.02.2026 [20:52]
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 06.02.2026 [19:13]
Avropa İttifaqı Rusiyaya qarşı 20-ci sanksiyalar paketini təqdim edib
- 06.02.2026 [17:40]
Rumıniya–Bolqarıstan–Yunanıstan xətti regional iqtisadi balansı dəyişir
- 06.02.2026 [17:18]
Fransa ordunu gücləndirir
- 06.02.2026 [17:10]
Avropa Komissiyası “TikTok”a dizaynına görə xəbərdarlıq edib
Fransa ordunu gücləndirir
- [17:18]
“Beşiktaş”dan növbəti transfer
- [17:10]
Türkiyədə zəlzələ olub
- [15:41]