İDMAN
Portuqaliya 2022-ci ildə Formula 1 mərhələsinə ev sahibliyi edə bilər
Bakı, 1 mart, AZƏRTAC
Portuqaliya 2022-ci ildə Formula 1 mərhələsinə ev sahibliyi edə bilər.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Soçidə Formula 1-in sentyabr mərhələsinin əvəzinə Portuqaliya Qran-Prisinin keçirilməsi üçün çempionatın rəhbərliyi ilə danışıqlar aparılır.
Formula 1-in Soçidəki mərhələsi İtaliya Qran-Prisindən sonra keçirilməli idi. Komandaların Monzadan Portuqaliyanın Portimao şəhərinə keçməsi nisbətən asan olsa da, çempionat iştirakçılarının Portuqaliyadan Sinqapura getmək məsələsi vəziyyəti çətinləşdirir. Bununla belə, Formula 1 artıq bir neçə gün ərzində Braziliyanın San-Paulu şəhərindən Qətərə və ya Monrealdan Bakıya avadanlıq və yüklərin daşınması kimi qeyri-trivial logistik problemlərin həllində təcrübəyə malikdir.
Soçi yarışını əvəz edəcək digər namizədlər arasında Türkiyə və Almaniya Qran-Priləri də var.
Qeyd edək ki, Portimaodakı “Alqarve” avdodromu 2020-ci və 2021-ci illərdə Portuqaliya Qran-Prisinə ev sahibliyi etsə də, hazırkı mövsümdə onun üçün təqvimdə yer olmayıb.