Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qəhrəman çavuş Zeynal Məmmədov: Çoxsaylı qəlpə yarası ilə həyatda sağ qalmağıma hələ də inana bilmirəm

Bakı, 1 aprel, AZƏRTAC

Vətən müharibəsində qəhrəmancasına döyüşərək yaralanmış hərbi qulluqçularımızın həyat və döyüş yolundan bəhs edən “Qazilərimiz” rubrikasının növbəti qəhrəmanı çavuş Məmmədov Zeynal Gülməddin oğludur.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru, mayor Anar Əhmədovun növbəti məqaləsində qəhrəmanı çavuş Zeynal Məmmədovun şərəfli döyüş yolundan söhbət açılıb. Məqaləni təqdim edirik.

Çavuş Zeynal Məmmədovu hələ Daxili Qoşunların Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissənin patrul taborunda bölük komandirinin tərbiyə işləri üzrə müavini vəzifəsində xidmət etdiyim dövrdən tanıyırdım. Bölüyün nümunəvi xidməti və intizamı ilə fərqlənən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xatirəmdə qalmışdı Zeynal. İstər atıcı əsgər, istərsə də manqa komandiri kimi xidmət etdiyi dövrdə bacarığı və son dərəcə məsuliyyəti ilə hər zaman fərqlənib. Tale elə gətirdi ki, onunla bir də 9 ildən sonra Daxili Qoşunların Hərbi Hospitalında görüşdük. Lakin bu dəfə Zeynal Vətən müharibəsinin qəhrəman döyüşçüsü, Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanmış qazi hərbi qulluqçumuz kimi qarşıma çıxmışdı...

Çavuş Z.Məmmədov 1991-ci il martın 23-də Sumqayıtda anadan olsa da, Qazaxıstanın Aktau şəhərində böyüyüb boya-başa çatıb. Orta təhsilini də məhz Aktaudakı orta məktəblərdən birində alıb. Hələ onuncu sinifdə oxuyarkən ali təhsilini Azərbaycanda almaq üçün doğma Vətənə qayıdan Zeynal bu arzusuna çatmadıqda, heç olmasa hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrində yerinə yetirməyə qərar verir. Beləliklə, müddətli həqiqi hərbi xidmətini 2010-2011-ci illərdə Daxili Qoşunların Gəncədəki “N” saylı hərbi hissəsində keçir. Uşaq yaşlarından hərbi xidmətə böyük marağı olduğundan, müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra valideynlərinə Qazaxıstana qayıtmaq istəmədiyini bildirən Zeynal qoşunların Quba rayonundakı “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müddətdən artıq həqiqi hərbi xidmətdə qalaraq, Vətən qarşısında şərəfli borcunu yerinə yetirməkdə davam edib. Ötən ilin iyulundan Daxili Qoşunların Lənkərandakı “N” saylı hərbi hissədə xidmətini davam etdirən çavuş Z.Məmmədov yaralandığı günədək xüsusi təyinatlı dəstənin həmlə qrupunda atıcı-snayper kimi vəzifə borcunu ləyaqətlə yerinə yetirib. Xidmət etdiyi dövrdə yüksək döyüş hazırlığı, hərbi intizamı və nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçu kimi 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib, eləcə də hərbi hissə komandanlığı tərəfindən bir neçə dəfə mükafatlandırılıb.

İşğal altında olan müqəddəs torpaqlarımızı yağı tapdağından azad görmək və bu amal uğrunda başlayacaq döyüşlərdə iştirak etmək hər bir xüsusi təyinatlı kimi Zeynalın da ən böyük arzusu olub. Məhz buna görə də Vətənə hədsiz məhəbbət və düşmənə sonsuz nifrət hissi ilə döyüşlərə qatılan çavuş Z.Məmmədov Füzuli və Şuşa istiqamətlərində aparılan hərbi əməliyyatlarda fəal iştirak edib. O deyib: “İlk döyüşümüz 2020-ci il oktyabrın 17-də Füzuli istiqamətində “Karyer” deyilən ərazidə olub. Burada düşmənin “Beton post” deyilən möhkəmləndirilmiş mövqeləri yerləşirdi. Lakin düşməni məhv edərək möhkəmləndirilmiş postlarını tutmağa müvəffəq olduq. Acı məğlubiyyətlə barışmaq istəməyən ermənilərin olduğumuz mövqeləri minaatan və digər müxtəlif çaplı silahlardan intensiv atəşə tutmalarına baxmayaraq, irəliləməkdə davam edirdik. Buradakı bir yüksəkliyi məhz bizim qrup aldı. Bu döyüşdə dəstəmizin hərbi qulluqçularından yarımqrup komandiri kiçik gizir Məmmədov Anar Zəhəddin oğlu qəhrəmancasına şəhid oldu. Digər silahdaşımız çavuş Abbasov Elvin Mədət oğlu isə ağır yaralandı. Oktyabrın 31-dək qrupumuz, həmçinin işğaldan azad edilən ərazilərdə axtarış əməliyyatlarında da fəal iştirak edib. Bundan sonra növbəti tapşırığımız Şuşanın azad olunması oldu. Məhz bu baxımdan gizli yollarla düşmənin nəzarətində olan ərazilərdən keçərək, dörd gün Şuşa istiqamətində hərəkət etməli olduq”.

Daşlı-qayalı bir ərazidə müdafiə olunaraq döyüşdükləri mövqenin düşmən tankı tərəfindən atəşə tutulması nəticəsində çoxsaylı qəlpə yarası almasına baxmayaraq, hələ də həyatda sağ qalmasının bir möcüzə olduğunu qeyd edən qazimiz sonda qələbə çaldığımız üçün böyük qürur hissi keçirdiyini deyir: “Bizim tapşırığımız Xankəndidən Şuşa istiqamətində hərəkət edən düşmən qüvvələrinin qarşısını kəsmək idi. Hələ noyabrın 5-də digər qruplarla birgə düşmənin Şuşaya doğru hərəkət edən kolonunu - bir ədəd piyadaların döyüş maşınları, şəxsi heyət və ərzaq daşıyan beş ədəd digər texnikasını pusquya salıb darmadağın etdik. Bu zaman sağ qalıb qaçmaq istəyən erməni silahlıları da daxil, təxminən 103 nəfər canlı qüvvəsi cəsur döyüşçülərimiz tərəfindən məhv edildi. Bundan sonra bizim qrup öz tapşırığına uyğun vaxt itirmədən hərəkət edərək Xankəndi-Şuşa yolu üzərində özünə mövqe tutmalı idi. Bu məqsədlə qarşımıza gizli bir şəkildə Şuşa ətrafındakı çətin keçilə bilən meşəli, sıldırımlı qayaları aşmaq kimi əsl xüsusi təyinatlı məsləyinə uyğun bir tapşırıq qoyulmuşdu. Üzərimizdəki silah-sursat və bütün ekipirovka ilə düşmənin xəbəri olmadan, çətinliklə olsa da, yüksəklikdə özümüzə mövqe tuta bildik.

Noyabrın 6-da təxminən saat 11:00-dan etibarən artıq Şuşa ətrafında qızğın döyüş gedirdi. Qrupumuz ermənilərin Şuşadakı silahlılara köməyə gələn qüvvəsinin qarşısını qətiyyətlə alırdı. Dəstəmizin cəsur döyüşçülərindən baş çavuş Kənan Kərimov və çavuş Zamiq Ağayev RPQ-7 qumbaraatanı ilə ermənilərin iki ədəd tankını məhv etdilər. Düşmənin canlı qüvvəsini isə biçib tökürdük. Mən özüm snayperlə düşmənin xeyli sayda canlı qüvvəsini cəhənnəmə vasil etdim. Bir müddət sonra bizimlə açıq döyüşə girməkdən qorxan düşmən silah-sursatını da atıb qaçmağa başladı. Bundan sonra uzaq məsafədən mövqelərimizi tank və minaatanlardan atəşə tutmağa davam etdilər. Elə bu zaman düşmən tankının atdığı mərmi yaxınlığımızdakı böyük qaya daşına dəydi. Bu vaxt sağımda vuruşan dəstəmizin əslən Xaçmaz rayonundan olan cəsur döyüşçüsü MAXE əsgər Seyfullayev Fərid Xeyrulla oğlu tank mərmisinin və qaya daşının qarışıq qəlpələrindən aldığı ağır yaradan şəhid oldu. Mən isə çoxsaylı qəlpə yarası aldım. Aramızda heç bir metr də məsafə olmazdı. Bir anlıq şoka düşmüşdüm. Lakin özümə gələndən sonra baxdım ki, əlim və ayağım qan içindədir. Təsəvvür edin, adi günlərdə ayağımdan çətinliklə çıxan uzunboğaz çəkməmin bir tayı iplə bağlı vəziyyətdə belə zərbənin təsirindən “yoxa çıxmışdı”. Yaralı vəziyyətdə meşə istiqamətində təxminən yüz metrə kimi süründüm. Sonra MAXE əsgər Qafqaz Hüseynov və digər döyüşçü yoldaşlarım məni güllə və mərmi yağışı altından çıxarıb, yaralılarımızın saxlanıldığı otel kimi bir evə gətirdilər. Üç gün burada qaldıqdan sonra, noyabrın 9-u axşam oradan təxliyə olunduq. Əvvəlcə bizi Hadrut qəsəbəsinə, orada tibbi yardım göstərildikdən sonra Füzuli Rayon Xəstəxanasına, oradan isə Bakıya, Daxili Qoşunların Hərbi Hospitalına gətirdilər. Nə deyim, aldığım çoxsaylı qəlpə yarası ilə həyatda sağ qalmağıma hələ də inana bilmirəm. Şükürlər olsun ki, həkimlərimizin sayəsində sağlamlığım qismən bərpa olunub. Lakin tam sağalmağım üçün ambulator müalicəmi indi də davam etdirirəm. Əsas odur ki, işğal olunmuş müqəddəs yurd yerlərimizi yağı düşmən tapdağından azad edib, qələbə çaldıq”.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə çavuş Məmmədov Zeynal Gülməddin oğlu “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Daxili Qoşunların Lənkərandakı “N” saylı hərbi hissəsində “Gürzə” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin komandiri vəzifəsini icra edən, “Zəfər” ordeni, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş kapitan Cavid Tağıyev (Vətən müharibəsi zamanı Şuşa istiqamətində gedən döyüşlərdə yaralanıb) dəstədə atıcı-snayper kimi xidmət edən çavuş Z.Məmmədovu vətənpərvər döyüşçü, eyni zamanda, hərbçi peşəsinin vurğunu olan nümunəvi hərbi qulluqçu kimi xarakterizə edib: “44 günlük Vətən müharibəsində dəstəmizin cəsur hərbi qulluqçuları da fəal iştirak edib, döyüş meydanında düşməni məğlub edərək, əsl qəhrəmanlıq nümunələri göstəriblər. Bu döyüşlərdə hərbi hissəmizin xüsusi təyinatlılarından 7 nəfəri qəhrəmancasına şəhid olub, 28 nəfər silahdaşımız isə yaralanıb. Dəstəmizin cəsur qazi hərbi qulluqçularından biri də çavuş Zeynal Məmmədovdur. Dəstəmizdə az bir müddətdə xidmət etməsinə baxmayaraq, nümunəvi xidməti, çalışqanlığı və yüksək intizamı ilə kollektivin dərin rəğbətini qazanmağa müvəffəq olub. Olduqca vətənpərvər, vəzifə borcunu layiqincə yerinə yetirən xüsusi təyinatlı kimi fəaliyyəti hər zaman müsbət qiymətləndirilib. İgid döyüşçümüz Vətən müharibəsində qəhrəmanlıq nümunələri göstərməklə, komandirlərin ona olan etimadını bir daha doğrultdu. Zeynalın timsalında bütün qazi hərbi qulluqçularımıza tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayırıq”.

Sonda bizdə dəstə komandirinin arzularına qoşularaq, adını Vətənimizin şanlı tarixinə qızıl hərflərlə yazan igid qazimizə bundan sonrakı həyatında ancaq uğurlar diləyirik.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vladimir Putin: İran Prezidenti etibarlı tərəfdaş idi

Çin kəşfiyyatına cəsusluqda ittiham olunan keçmiş Britaniya dəniz piyadası ölü tapılıb

Hidayət Heydərov: Hədəfim “Paris-2024”də qızıl medal qazanmaqdır

Dünya çempionu Hidayət Heydərov Vətənə dönüb

ABŞ Böyük Britaniyaya iki strateji bombardmançı təyyarə göndərib

Argentinada ətyeyən dinozavrın yeni növü aşkar edilib

Nigerdə yaraqlıların hücumu nəticəsində azı 7 əsgər öldürülüb

Qəzza sakinlərinə ərzaq paylanması təhlükəsizlik səbəbindən dayandırılıb

Avropa çempionatının ikinci günündə güləşçilərimiz 2 qızıl və 2 bürünc medal qazanıb

Şəkidə avtomobil yolu keçmək istəyən piyadanı vurub

Həndbol üzrə Azərbaycan kubokunun oyunlarına start verilir

Blinken: ABŞ Çin şirkətlərinə qarşı sanksiyaları davam etdirəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Malayziyalı tələbələr Azərbaycan mədəniyyəti haqqında məlumatlandırılıblar

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müşfiqabad qəsəbəsində 100-dən çox ağac əkilib

Yazıçı Boris Vasilyev: “Belə bir peşə var - Vətəni sevmək”

“International Policy Digest” nəşri Cənubi Qafqazda davamlı sülhün əldə olunması imkanlarından yazıb

Əlilliyi olan 225 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib

Füzuli Dövlət Dram Teatrında hazırlanan uşaq tamaşasının premyerası olacaq

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin nümayəndə heyətinin Azərbaycana səfəri

ABŞ-ın Men ştatının nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub

® Şahin Bağırov “Caspian Energy Club” üzvləri ilə görüşüb

Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

Azərbaycan-Pakistan arasında Enerji üzrə Birgə İşçi Qrupun ilk iclası keçirilib

Azərbaycan-Macarıstan ikitərəfli əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub

Quliyevlər ailəsinin üç övladından hələ də xəbər yoxdur - Kəlbəcərdə “Tunel faciəsi”nin şahidləri danışır

Yuliys Straume-150: Naxışlar fərqli mədəniyyətlərdə

İZİA və “Ximqrad Texnopolis” Azərbaycanda birgə şirkət yaradacaq

Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər müzakirə edilib

Masallıda Ombudsman Aparatı və BQXK tərəfindən seminar təşkil olunub

Tərtərdə nöqsanlar aşkarlanan pendir istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirib

İdarə rəisi: Qabaqlayıcı tədbirlər nəticəsində Lənkəran ərazisində subasma hadisəsi baş verməyib

“Azərpoçt”un “İnternet bankçılıq” xidmətindən “SİMA İmza” ilə istifadə imkanı yaradılıb

Azərbaycan və Ukrayna arasında regional təhlükəsizlik məsələləri müzakirə olunub

Naxçıvanda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan güləşçisi Bakıda Avropa çempionu olub

Energetika nazirinin Ağcabədidə vətəndaş görüşünün vaxtı dəyişdirilib

Parlamentin plenar iclasında 11 məsələ müzakirə olunub

“Şərq Tərəfdaşlığı” ölkələrində radiotezlik spektrindən səmərəli istifadə müzakirə edilib

Sinoptiklər xəbərdarlıq edirlər: Bəzi yerlərdə leysan yağacaq, çaylardan daşqın və sel keçəcək

BDU-da “Çin dili körpüsü” müsabiqəsi keçirilib

Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb

II Azərbaycan-Özbəkistan Regionlararası Forumu çərçivəsində ikitərəfli sənədlər imzalanıb - YENİLƏNİB

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq qaydalar təsdiq edilib

ADY-nin sədri Çində Orta Dəhliz və Azərbaycanın bu dəhlizdəki mühüm rolunu müzakirə edib YENİLƏNİB

“Israel HaYom”: Separatçı terrorçu Vardanyan Qərb mediasının gözündə “azadlıq döyüşçüsü”nə çevrilib

“Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı “Yol xəritəsi” üzrə görülən işlər müzakirə olunub

Masallı rayonu Həsənli kənd orta məktəbinin şagirdi imtahanda ən yüksək nəticəni göstərib

Səbail rayonunda saxlanılan narkokuryerdən 7 kiloqram marixuana aşkarlanıb

Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatında dəyişiklik edilib

Birinci vitse-prezident Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu dünya çempionu adını qazanması münasibətilə təbrik edib

Azərbaycanın daha 2 güləşçisi Bakıdakı Avropa çempionatında finala yüksəlib

Azərbaycanın milli-mənəvi dəyərləri növbəti Etnosport Mədəniyyət Festivalında nümayiş olunacaq

Peşəkar Çövkən Liqasına 2 oyunla start verilib

Meksikada ekstremal istilər meymunların ölümünə səbəb olur

Azərbaycan çayı FAO-nun Romadakı qərargahında keçirilən çay sərgisində təqdim edilib VİDEO

Azərbaycan “Azot Sintezqaz Rusiya və MDB” sərgi-konqresində təmsil olunacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli və “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi və ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləğinin müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Torpaq sürüşməsi nəticəsində Gürcüstanın Muxiani rayonunda 14 minə yaxın abonent qazsız qalıb

Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək

ŞKTR hökumətinin başçısı Azərbaycan və Türkiyənin ombudsmanları ilə görüşüb

Akademik Nərgiz Paşayeva: Bəzən tarixi səhvlərə yol verilib, bəzi əlyazmalar başqa bir ünvanla yerləşdirilib…

SXA müəssisələrinin əməkdaşları üçün “PR və kommunikasiyanın əsasları” mövzusunda təlim təşkil edilib

İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib YENİLƏNİB

Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib

“Nizami Gəncəvinin Əlyazmalarının Vahid Kataloqu və Məlumat Bazası” layihəsi elmi ictimaiyyətə təqdim edilib

“Musiqi kimliyimiz” layihəsinin növbəti təqdimatı Aşıq Şəmşirin xatirəsinə həsr olunub

Keçmiş məcburi köçkünlərin sualları cavablandırılıb

Macarıstanda turizm sektoruna dövlət dəstəyi göstərilir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin SİYAHISI

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Xalça Muzeyində Latviya muzeyi üçün yaradılan Qarabağ qrupuna aid xalçanın təqdimatı keçirilib

Skarlett Yohansson “Open AI” şirkətini oğurluqda ittiham edib

Azərbaycan minifutbol üzrə dünya çempionatına ev sahibliyi edəcək

Türkiyənin Mərmərə Universitetinin rektoru BDU-da

BMT: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkə üçün böyük nailiyyətdir

Ceyhun Bayramov ilə Əli Bağeri Kani arasında telefon danışığı olub

“Avro-2024”: Ronaldu Portuqaliya millisinin yekun heyətinə cəlb edilib

Zakir İbrahimov: “İçərişəhər” sikkəsi ən yüksək əyarda hazırlanıb

Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə infotur təşkil olunub

Sədr: Ulu Öndərin 100-cü illiyi münasibətilə istehsal edilən qızıl sikkə inqilabi yenilik olan texnologiya əsasında ərsəyə gətirilib

Sel suları Zaqatalanın Üçüncü Tala və ətraf kəndlərinə ziyan vurub FOTO VİDEO

Qazaxıstanda keçirilməsi nəzərdə tutulan Mərkəzi Asiyanın ən böyük IT forumu ləğv edilib

BƏT-lə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

“ASAN xidmət”də “Yaşıl dağ” aksiyası təşkil olunub

Polşalı alim Ədəbiyyat İnstitutunda mühazirə oxuyub

Şeyxülislam Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliyində olub

Yaylaqlara köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti uzadılıb

PISA 2025 üzrə infosessiyalar təşkil edilib

Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşlarla görüşüb

Bəhruz Nəbiyev: Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların sayı növbəti illərdə artırılacaq

Tərtər rayonunda mina hadisəsi baş verib VİDEO

Qazaxıstan Prezidenti ŞƏT üzvü olan ölkələrin xarici işlər nazirlərini qəbul edib

RF Dövlət Dumasının sədri İran Prezidenti ilə vida mərasimində nümayəndə heyətinə başçılıq edəcək

Paytaxt məktəblərində operativ monitorinqlər davam edir