İQTİSADİYYAT
Qida Təhlükəsizliyi Agentliyinin “ Təhlükəsiz qida ilə sağlam gələcəyə” tanıtım videosu yayımlanıb
Bakı, 12 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin “Təhlükəsiz qida ilə sağlam gələcəyə” adlı tanıtım videosu yayımlanıb.
Bu barədə AZƏRTAC-a agentliyin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən bildirilib.
Agentlik tərəfindən həmçinin qeyd olunub ki, süfrəmizə gəlib çıxan qidanın təhlükəsizliyi vacib şərtdir. Bu əminliyin bərqərar olması ölkənin çoxsaylı dövlət qurumlarının birgə səyi nəticəsində mümkündür.
Nəzərə çatdırılıb ki, Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlarımızın istifadə etdiyi müxtəlif çeşidli qidanın təhlükəsiz və sağlam olması kimi strateji məqsədi təmin etmək və digər qurumların bu sahədə fəaliyyətini əlaqələndirmək üçün yaradılıb.
Agentlik qida zəncirinin bütün mərhələlərində dövlət nəzarətini həyata keçirərək, istifadə etdiyimiz qidanın beynəlxalq standartlara uyğunluğuna nail olmağı qarşısına hədəf qoyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [14:44]
Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib
- 23.04.2024 [12:40]
® ABB-nin ATM-lərində yenilik!
- 23.04.2024 [12:28]
Cari ilin birinci rübünün elektrik enerjisi göstəriciləri açıqlanıb
- 23.04.2024 [12:17]
NASA-nın yarışında Azərbaycanı fiziki məhdudiyyətli gənc təmsil edib
- 23.04.2024 [11:29]
Bakı hava limanı 10 il ərzində 36 milyondan çox sərnişinə xidmət göstərib
- 23.04.2024 [10:51]