İDMAN


Qurban Qurbanov: “Sportinq” ilə oyuna ciddi hazırlaşmışıq

Bakı, 28 noyabr, Nicat Məmmədov, AZƏRTAC

Sabah UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu ev oyunumuza çıxacağıq. Çox böyük təcrübəyə malik komandaya qarşı oynayacağıq. Rəqib komandanın baş məşqçisi dəyişilib və adətən belə hallarda komanda daha əzmkar mübarizə aparır. Problemlərimiz olsa da, bu oyuna ciddi hazırlaşmışıq. Rəqibi yaxşı tanıyırıq. Düşünürəm ki, hər birimiz üçün maraqlı oyun olacaq və futbolçularımız meydanda əllərindən gələni edəcəklər.

AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 28-də “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turunda “Sportinq” ilə oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Baş məşqçi, həmçinin bildirib: “İnosent Emeqaranın bu oyunda oynamaması komanda üçün böyük itkidir. Araz Abdullayevin heyətdə yer almaq şansı böyükdür. Amma dəqiq qərarımı sabah məşqdən sonra verəcəyəm. O ki qaldı kapitan Rəşad Sadıqovun 100-cü avrokubok oyununda iştirakına, bu barədə hələ dəqiq fikir bildirə bilmərəm. R.Sadıqovun yanımızda olması bizim üçün əlavə motivasiyadır”.

“Qarabağ”ın islandiyalı qapıçısı Hannes Halldorson oyun barədə danışarkən deyib: “Qarşımıza məqsəd qoysaq qrupdan çıxa bilərik. Əsas odur ki, komandada gözəl əhval-ruhiyyə var. Futbolda hər zaman sürprizlər olur. Bunu edə bilsək böyük atdım atmış kimi olarıq”.

Qeyd edək ki, qarşılaşma noyabrın 29-da Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək matçı Fransadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Fransua Leteksiye olacaq. Ona yan xətt hakimləri Siril Münyö və Mehdi Rahmuni kömək edəcəklər.

Xatırladaq ki, beş turdan sonra E qrupuna 10 xalla “Arsenal” liderlik edir. “Sportinq”in 7, “Vorskla” və “Qarabağ”ın aktivlərində 3 xal var.

Xatırladaq ki, qrupun digər oyununda “Arsenal” səfərdə Ukraynanın “Vorskla” komandasının qonağı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.