Şeyxülislam: Azərbaycanda müxtəlif din mənsubları dövlətin bütün qayğıları ilə təmin olunurlar
AzerTAg.az

Bakı, 16 mart, AZƏRTAC
Ölkəmizdə dinlərarası nadir həmrəylik mövcuddur. Dünyəvi demokratik Azərbaycanda müxtəlif din mənsubları qardaşlıq, dostluq şəraitində yaşayırlar, dövlətin bütün qayğıları ilə təmin olunurlar.
AZƏRTAC xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Dini müxtəlifliyi və dinlərarası hörməti təşviq etməklə harmonik cəmiyyətlərin qurulması” adlı aralıq sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, İslam dininin Peyğəmbərinin təhqiri halları davam edir.
Erməni terror şəbəkəsinin də təməlinin məhz Fransada qoyulduğunu vurğulayan şeyxülislam əlavə edib: “Din adından sui-istifadə olunmasından irəli gələn təhlükələrin və nifrət çağırışlarının, milyonlarla insan üçün təhqir hallarının qarşısının alınması olduqca zəruridir. Dini zəmində qarşıdurmaya çağırış hər bir sağlam düşüncəli cəmiyyət tərəfindən qınanmalıdır”.
Xəbərin mətnində orfoqrafik səhv var