CƏMİYYƏT


Turşunun insan orqanizminə faydaları

Bakı, 14 may, AZƏRTAC

Turşu evdə şüşə qabda və gigiyenik şəraitdə hazırlanarsa, sağlamlıq üçün faydalıdır. Həftənin 2 günü ovuc içi qədər istehlak edilməlidir. Sadəcə, sirkə və duz ilə hazırlanmış, tərkibində konservant olmayan turşuların istifadə olunması tövsiyə olunur.

AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, turşunun qida ilə birlikdə istehlakı tərkibindəki sirkə səbəbindən orqanizmdə insulin ifrazını tarazlaşdıraraq qan şəkərini normada saxlayır, lakin şəkər və qan təzyiqi ilə yanaşı, böyrək və mədə xəstəliklərindən əziyyət çəkən insanlar üçün turşu yemək riskli hal ola bilər. Bu səbəbdən istehlak miqdarına nəzarət etmək vacibdir.

Turşu yüksək miqdarda lif tərkibli olduğu üçün yeməklə bərabər yeyildikdə tox tutur və orqanizmdə yağ depolanmasının qarşısını alır. Eyni zamanda, kalorisi az olduğu üçün arıqlamaq istəyənlərə kömək edir. Bədəndə itirilmiş maye və mineralları bərpa edir. Tərkibindəki sirkə əzələ ağrılarına təsir göstərir. Turşu suyunun idmançılarda baş verən əzələ spazmalarına qarşı ağrıkəsici effekti yaratdığı da qeyd edilir.

Turşu probiyotik tərkibli olduğundan bağırsaqların sağlamlığı üçün də vacibdir. Metabolik tullantıların bədəndən daha asan atılmasına kömək edir, qəbizlik problemini aradan qaldırır.

Turşuda istifadə olunan tərəvəzlər antioksidantla zəngindir. Antioksidantlar hüceyrələri bərpa edir, bununla da xərçəngin qarşısını alır. Sarımsaq, çuğundur və kələm turşularının tərkibində antioksidant səviyyəsi yüksəkdir. Müxtəlif növ turşuları istehlak etmək, orqanizmin minerallar və antioksidant qəbulunu təmin edir.

Tərkibindəki antioksidantlar, vitaminlər və minerallar səbəbindən turşu, ürək-damar xəstəliklərinə qarşı da qoruyucu təsir göstərir.

Çuğundur və kələm tərəvəzlərindən hazırlanan turşular bədəni soyuqdəymədən qoruya bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.