Yaponiya təhlükəsizlik məqsədilə banknotların dizaynını yeniləyir
Tokio, 9 aprel, AZƏRTAC
Yaponiya Baş nazirinin müavini və maliyyə naziri Taro Aso ölkənin banknotlarının dizaynının yeniləcəyi barədə planı elan edib.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, saxta banknotların dövriyyəyə daxil edilməsinin qarşısını almaq məqsədilə üç müxtəlif banknotun konstruksiyasında dəyişiklik aparılacaq. Bu, 2004-cü ildən sonra ilk dəfə həyata keçiriləcək.
T.Aso bildirib ki, on min yen dəyərində banknotun üzərində Yaponiyanın tanınmış sənayeçisi Eyiçi Şibusavanın əksi yerləşdiriləcək.
Beş min yen dəyərində banknotun üzərində Yaponiyada qadınların təhsilinin pioneri Umeko Tsudanın, min yen dəyərində banknotun üzərində isə bakterioloq Şibasaburo Kitasatonun görüntüsü yer alacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [19:03]
Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək
- 03.06.2026 [18:58]
İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb
- 03.06.2026 [18:48]
Küveyt İran səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan edib
- 03.06.2026 [17:18]
Avropa İttifaqı İsveçi sərhəd nəzarətini ləğv etməyə çağırır
- 03.06.2026 [16:45]
Fransalı general: Aviasiyamızın formatı lazımi səviyyədə deyil
- 03.06.2026 [16:33]