® “AccessBank” 2023-cü il üzrə audit hesabatını açıqlayıb
Azərbaycanın aparıcı maliyyə institutu olan “AccessBank” “PricewaterhouseCoopers” beynəlxalq audit şirkəti tərəfindən təsdiqlənib və Beynəlxalq Maliyyə Hesabat Standartlarına (MHBS) cavab verən 2023-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
“AccessBank”ın 2023-cü ilin nəticələrinə əsasən xalis mənfəəti 43,0 milyon manat təşkil edib. Bu nəticə ötən ilin eyni göstəricisi ilə müqayisədə 2,1 dəfə çoxdur. Bununla da ROE göstəricisi 34,1 faizə yüksəlib. Hesabata əsasən, ötən il dekabrın 31-nə bankın aktivləri 1398,6 milyon manat təşkil edib ki, onun da 70,8 faizi kredit portfelidir. Bankın kredit portfeli il ərzində 25,2 faiz artaraq 990,3 milyon manata çatıb. Kredit portfelinin artımı xüsusən mikro sahibkarların kreditləşməsi hesabına olub və bank bu istiqamətdə ümumi bazar payının 25 faizinə sahib olmaqla lider mövqeyini qoruyur. Bankın depozit portfeli 22,1 faiz artaraq 1078,9 milyon manata çatıb. Eyni zamanda, bank ötən il ərzində beynəlxalq kreditorlardan 51 milyon manat həcmində vəsait cəlb edib.
“AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 20-si bölgələrdə olmaqla, 34 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin “www.accessbank.az” saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (feysbuk, instaqram, linkedin) müraciət edə bilərsiniz.