İQTİSADİYYAT
® “Birbank” taksit kart sahibləri daha çox keşbek qazanacaqlar
“Birbank” “Visa” kart sahibləri üçün yeni qazandıran kampaniya başlayıb. Şərtlərə görə, “Metropark” alış-veriş mərkəzində “Birbank” partnyorları edilən istənilən taksit əməliyyatları üçün 10 faiz keşbek qazana biləcəklər. Sentyabrın 30-dək davam edəcək aksiyada hər müştəri toplam 50 AZN məbləğində keşbek qazana bilər.
Qeyd edək ki, bütün “Birbank” kartlarının həm taksit, həm də debet növü mövcuddur. “Birbank Cashback” kartı sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5 faizdən 30 faizədək keşbek, “Birbank Miles” isə istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. “Birbank Cashback” debet kartları ilə ay ərzində 4 min manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. Həmçinin “Birbank Miles” və “Birbank Umico” kartları ilə ay ərzində 4 min manatadək “Kapital Bank”a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır. “Birbank” taksit kartı istifadəçiləri isə 63 günədək güzəşt müddətindən faydalana bilərlər.
“Birbank” kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. “Birbank” kartının ölkə üzrə 11 mindən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.
“Birbank” kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın feysbuk və instaqram səhifəsinə müraciət edə bilərsiniz. “Birbank” kartını sifariş vermək üçün “Birbank” tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, vatsap vasitəsilə (+994 50) 999-81-96 nömrəsinə yazın və ya “Birbank” mərkəzlərinə müraciət edin.