"AtaBank"dan növbəti Novruz kampaniyası
Bakı, 14 mart, AZƏRTAC
"AtaBank" Novruz bayramı kampaniyası çərçivəsində "Lider" təcili pulköçürmə sistemi üzrə komissiyanı endirib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, aprelin 30-dək davam edəcək kampaniyada xidmət haqqı üzrə komissiyanın minimum həddi 0.9 faizədək endirilib.
Xatırladaq ki, "Pul köçürənə/alana mobil danışıq dəqiqələri hədiyyə" aksiyası hələ də davam edir. Aksiyanın şərtlərinə əsasən, "AtaBank"ın filial və şöbələrində ən azı 1000 - 2000 - AZN/EUR/USD və ya 58 min RUB-dan yuxarı pul köçürənə və ya alana 1 manatlıq, 2001 AZN/ USD/EUR və ya 120 min RUB-dan yuxarı pul köçürənə və ya alana 2 manatlıq, 3501- AZN/EUR/USD və ya 200 min RUB-dan yuxarı pul köçürənə isə 3 manatlıq mobil danışıq dəqiqələri hədiyyə olunur.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəsi vasitəsilə korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]