"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolada koronavirus aşkarlanıb
Bakı, 6 yanvar, AZƏRTAC
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolada koronavirus aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, İngiltərə kuboku yarışları çərçivəsində yanvarın 7-də “Suindon Taun”la keçiriləcək matçı buraxacaq.
X.Qvardiolanın köməkçisi Xuan Manuel Lilloda da koronavirusa yoluxub. Hər iki mütəxəssis komandadan təcrid olunub. Klubda ümumilikdə 21 nəfər karantinə alınıb, onlardan 7-si əsas komandanın oyunçusudur.
Premyer Liqanın turnir cədvəlinə 21 turdan sonra 53 xalla “Mançester Siti” başçılıq edir. İkinci yerdə - "Çelsi" (43), üçüncü pillədə isə "Liverpul" (42) qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib
- 13.10.2026 [10:59]
Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar
- 13.10.2026 [10:49]
Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək
- 13.10.2026 [10:28]
Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya qarşı
- 13.10.2026 [10:09]