"Qarabağ" klubu mövsümün ikinci yarısının hazırlığına başlayıb
Bakı, 7 yanvar, AZƏRTAC
Ağdamın "Qarabağ" klubu mövsümün ikinci yarısının hazırlığına başlayıb.
AZƏRTAC xəbər verir ki, 2022-ci ilin ilk məşqində komandanın bir neçə aparıcı futbolçusu iştirak etməyib. Qapıçılar Şahruddin Məhəmmədəliyev, Emil Balayev zədəli, legionerlər Kadi Borges, Abdullah Zubir və Filip Ozobiç icazəli olduqları üçün hazırlıq prosesinə qatılmayıblar.
Afrika Millətlər Kubokunun qrup mərhələsinin oyunları üçün Kabo-Verde yığmasının düşərgəsində olan Patrik Andradenin toplanışa qoşulması isə milli komandanın nəticələrindən asılı olacaq.
"Qarabağ"ın yeni transferi Rüstəm Əhmədzadə isə Bakıya bu gün gələcək.
Qeyd edək ki, "Qarabağ" təlim-məşq toplanışının ikinci mərhələsini Antalyada keçirəcək. Ağdam təmsilçisi ikihəftəlik hazırlıq dövründə 5 yoxlama matçı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib
- 13.10.2026 [10:59]
Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar
- 13.10.2026 [10:49]
Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək
- 13.10.2026 [10:28]
Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya qarşı
- 13.10.2026 [10:09]