ABŞ-ın gündəlik neft hasilatı azalıb
Bakı, 25 yanvar, AZƏRTAC
Birləşmiş Ştatların sutkalıq xam neft istehsalı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft hasilatı əvvəlki həftə ilə müqayisədə orta hesabla 16 min barrel azalaraq sutkada 11,9 milyon barrel təşkil edib. Lakin buna baxmayaraq, həmin göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum - gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.
Beləliklə Birləşmiş Ştatların gündəlik neft hasilatında son 54 həftənin 12-də azalma qeydə alınıb.
Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 664 min barrel artaraq gündəlik 8,19 milyon barrelə çatıb. Ölkənin xam neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 931 min barrel azalaraq sutkada 2,03 milyon barrel olub.
Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, ABŞ dünyanın ən böyük xam neft istehsalçısı olacaq.
EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 12,1 milyon barrel, gələn il isə 12,9 milyon barrel təşkil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [23:50]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]