ABŞ-ın Ohayo ştatında baş verən atışmada bir polis həlak olub
Vaşinqton, 4 fevral, AZƏRTAC
Fevralın 3-də ABŞ-ın Ohayo ştatının Klermont dairəsində baş verən atışma nəticəsində bir polis nəfəri həlak olub.
AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, “911” xidmətinə bir nəfərin intihar edəcəyi barədə məlumat daxil olduqdan dərhal sonra iki polis zabiti həmin yaşayış məhəlləsinə gəliblər. İntihara cəhd edən Ueyd Edvard Vinn polislərə atəş açıb. Klermon dairəsi şerifliyində 20 il çalışmış polis zabiti Bill Bruer insident baş verən yerdə keçinib. Yaralanan digər polis nəfəri Nik De Rous isə təcili hospitala yerləşdirilib. Vinnin daldalandığı yaşayış evinin ərazisi daha sonra polis tərəfindən dövrəyə alınıb. Beləliklə, 12 saat müqavimət göstərən Vinn xüsusi təyinatlı “СВАТ” qrupu ilə atışmadan sonra həbs edilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]