ABŞ tarixində rekord cərimə: bp 20,8 milyard dollar təzminat ödəyəcək
Bakı, 5 aprel, AZƏRTAC
Aprelin 4-də axşam saatlarında Yeni Orlean məhkəməsi ABŞ hökuməti və Britaniyanın bp neft kompaniyası arasında razılaşmanı təsdiqləyib. Razılaşmaya əsasən 2010-cu ildə Meksika körfəzinə neft sızması səbəbindən konsern təzminat qismində 20,8 milyard dollar cərimə ödəməlidir.
AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Ədliyyə Nazirliyi bunun ölkə tarixində ətraf mühitin çirklənməsi ilə bağlı ən böyük cərimə, həmçinin bir təşkilat tərəfindən ödənilən rekord kompensasiya olduğunu qeyd edib. Nazirlik, eyni zamanda, məhkəmənin qərarından məmnun olduğunu da bildirib.
Kompaniya bütün məbləği 16 il ərzində tamamilə ödəməlidir.
Xatırladaq ki, 2010-cu il aprelin 20-də Yeni Orlean ştatından 210 kilometr cənub-şərqdə yerləşən “Macondo” yatağındakı “Deepwater Horizon” qazma platformasında qəza baş verib. Hadisə 11 nəfərin ölümünə və tarixinin ən miqyaslı neft sızmalarından birinə səbəb olub. Qəza zamanı baş verən yanğın nəticəsində platforma suyun dibinə batıb, yataqdan isə 85 gün ərzində okeana neft axıb. Körfəzə ümumilikdə 473 milyon litr neft sızdığı bildirilir.
Şirkətin qəza ilə bağlı xərcləri ümumilikdə 53 milyard dollardan artıq qiymətləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.05.2026 [20:53]
Almaniyada avtomobil məktəbliləri vurub, iki uşaq həlak olub
- 27.05.2026 [20:31]
Tramp: İran razılığa gəlməyi çox istəyir
- 27.05.2026 [16:20]
Avropada Ebola virusu ilə bağlı nəzarət tədbirləri gücləndirilir
- 27.05.2026 [06:30]
Düşənbədə su gündəliyinin əsas məsələlərinə həsr olunmuş tematik sessiyalar
Bu saata olan əsas xəbərlər
- [20:00]
"Şimal" I Liqada qalıb
- [18:02]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanda Qurban bayramıdır
- [09:00]