Çernovtsıda Azərbaycanın zəngin mədəni irsi və milli mətbəxi təqdim olunub
Kiyev, 27 may, AZƏRTAC
Ukraynanın Çernovtsı vilayətində Azərbaycanın zəngin mədəni iris və milli mətbəxi təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Millətlərarası Harmoniya və Mədəni Müxtəliflik Günü münasibətilə Çernovtsı bölgəsində "Bukovin mozaikası" adlı regional milli mədəniyyətlər festivalı keçirilib.
Festivalda Azərbaycanı Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Çernovtsı vilayət təşkilatının rəhbəri Namiq Əliyev təmsil edib.
Tədbirdə Krım tatar xalqının və digər milli icmaların nümayəndələri ilə yanaşı, Ukrayna xalqlarının milli adət-ənənələri və zəngin mədəni irsi, eləcə də Azərbaycan mətbəxi və qonaqpərvərlik mədəniyyəti təqdim edilib.
Festival çərçivəsində Çernovtsı Vilayət Dövlət Administrasiyasının sədri Ruslan Osipenko diaspor fəalımız Namiq Əliyevi fəxri diplomla təltif edib.